
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev vəzifəsindən azad edilib.
KAİM.az bildirir ki, İxa.az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat yayıb.
Yayılan məlumatda komitə sədrinin vəzifədən nə səbəbə göndərilməsi barədə məlumatlar verilməsə də, məlum internet resursunda dərc edilən yazı çox keçmədən silinib.
İxa.az-a daxil olan ən son məlumatlara görə, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin istefaya göndərilməsinin səbəbləri, Ramiz Mehdiyev və Əli Həsənovla onun sıx əlaqələrinin olduğu və FETÖ terror təşkilatının Gömrük Komitəsinə qədər gedib çıxması göstərilir.
Mənbə daha sonra yola salınan Səfər Mehdiyevin sərvətinin bir hisəsi barədə də məlumat verir. Onların bəzilərini diqqətinizə çatdırırıq:
– Qusarda, Şamaxıda, Mərdəkanda villalar;
– Onkologiyanın yanında supermarket;
– Mərasim zalları;
– Gömrük Komitəsinin Hospitalının yanında diş klinikası – bacanağının oğlu işlədir;
– Badamdarda və dəniz kənarında villalar;
Bir neçə xarici ölkələrdə iri şirkətlər, ofşar hesablar,
Və daha nələr..
Onu da qeyd edək ki, kolxozdan gələn gömrük generalı Səfər Mehdiyevin müəmmalı keçmişi ilə bağlı da şok məlumatları yaxın saatlarda təqdim etməyə çalışacağıq..
ardı var