Top.Mail.Ru
bannerMANŞET

“Yardımlı Telekom”da özbaşınalıq – Uninet internet provayderinde internetin sürəti ÖLÜ HALDA

Koronavirusun Azərbaycana qazandırdığı yeganə müsbət cəhət xalqımızın bir çox ölkələrin çoxdan istifadə etdiyi online rejimi öyrənməsi oldu. Düzdür, bu gəlişmə başqa bir vəsilə ilə olsaydı daha xoşbəxt olardıq. Amma, nə edək? Yoxa ləhnət… Yox demişkən… Azərbaycanda online təhsil, online iş, online münasibət və s. müasir terminlər artıq geniş yayılıb.

  • Bəs nə yoxdur?
  • Təbii ki, internet.

Sualımızın cavabı “bişmiş toyuğu tərpətsə də” bu reallıqla barışmaq lazımdır. Çünki, texnologiyanın inkişafı və cəmiyyətin müasir əlverişli şəraitdən faydalanması üçün bu sahəyə də pul ayrılır.

Şikarını gözləyən ovçular isə bu dəmdə meydana xoş gəlirlər…

Rabitə Nazirliyinin, internet provayderlərdən razı olan çox az təbəqə mövcuddur ki, onlarda bu rahatlıq üçün digərlərinə nisbətən daha çox pul ödəyirlər. Bəs digərləri?

Digərləridə çarəni müxtəlif media vasitələrinə müraciət edib, bu dərdə bir çarə qılınmasını tələb edirlər. Hər halda, lazımi orqanlar bu mövzuya vaxtında diqqət yetirsələr onlardan narazı kütlələr yaranmaz.

Xülasə, Yardımlıda əhalinin səbrini sınayan Rabitə Nazirliyi, Yardımlı Telekom, Uninet İnternet provayderi və digər məsul qurumlardan olan şikayəti özündə əks etdirən ərizəni KAİM.az olaraq təqdim edirik:

“Azərbaycan Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə
Yardımlı rayonu Anzov kənd sakini Balaşov Malik Dəmir oğlundan

ƏRİZƏ

Yazıb nəzərinizə çatdırıram ki, Yardımlı rayon Anzov kəndində müəllim işləyirəm. Oğlum II Qarabağ qazisidir. Altı ildir internet istifadəçisiyəm. Hazırda UNİNET internet provayderinin abonentiyəm. İki aydır ki, internetim demək olar ki, işləmir. Sürət tam ölü haldadır. Dəfələrlə Rabitə Nazirliyinə, Uninet-ə, Yardımlı rayon Telekommunikasiya Qovşağına müraciət etsəm də şikayətimə baxan yoxdur. Yardımlı Telekomda tam özbaşınalıqdır.

Yardımlı rayon 42 saylı Hamarkənd EATS-də Uninet İnternet provayderinin abonentlərə etdiyi zülmü erməni faşistləri etməyib. İnternetin yalnız quru adı qalıb.

Xahiş edirəm səlahiyyətinizdən istifadə edərək Uninet internet provayderinin özbaşınalığına son qoymaqla bir abonent olaraq telefon xəttimin və internetimin işləməsinə köməklik göstərəsiniz.

Hörmətlə: Balaşov Malik Dəmir oğlu
Yardımlı rayonu Anzov kəndi

İnternet: 025-20-42-4-70  Mobil əlaqə: (+994 50) 674-94-18″

P.S Qarşı tərəfi dinləməyə və mövzu barədə mövqeyini dərc etməyə hazırıq.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button