Top.Mail.Ru
bannerMANŞET

Qarabağda növbəti müharibə üçün səbəblər artır – Azərbaycan güzəşt etməyəcək

Ermənistanda bəzi qüvvələrin revanşist ritorikası indiki halda sadəcə sabun köpüyünü xatırladır. Qarşı tərəf dünyada mövcud olan ikili standartlardan şiriniklənərək Qarabağ məsələsi ətrafında vəziyyəti dəyişməyə çalışır, vəziyyəti başqa istiqamətə yönəltməyə cəhd göstərir. Ancaq rəsmi Bakı bir daha erməni faşizminin baş qaldırmayacağını bəyan etməklə düşmənin törətdiyi cinayət əməllərinə, vandalizm aktlarına görə məsuliyyətdən qaçmaq cəhdlərinə çox ciddi zərbələr vurur. Buna rəğmən erməni lobbisi və havadarları bu günlərdə xüsusi fəallıq göstərməyə başlayıblar. 

Bu vəziyyət bölgədə yenidən toqquşma ehtimallarını artırır. Ermənistan hakimiyyəti ilə erməni separatçılarının birgə planı eyni zamanda Azərbaycanla Rusiyanı üz-üzə qoymaqdan ibarətdir. Ancaq buna Rusiyadakı siyasi mərkəzlərin özü də rəvac verirlər. ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqırımı”nı tanımasını hayların əl-qolunu daha da açacaq böyük siyasi səhv hesab edə bilərik.

Ermənistanda da görürlər ki, rəsmi Bakının 10 Noyabr bəyanatının üçtərəfindən biri olan Kremlə ünvanladığı sualların sayı artıb. Bu suallar cavablandırılmadığı kimi təxribatların sayı da artır. Biz həm təxribatlara layiq cavab verməli, həm də qabaqlayıcı addımlar atmalıyıq. Ən maraqlısı odur ki, sərhəddəki insident barədə Ermənistanla yanaşı Rusiyadan da reaksiya yoxdur. Bunun əvəzinə Rusiya saytları Qarabağ separatçılarının son açıqlamasını yaymaqla postkonflikt dövründə Ermənistanın informasiya savaşındakı gücünə güc qatmağa davam edirlər.

Bu gün Prezident İlham Əliyevin BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında çıxış edərkən növbəti dəfə  Ermənistan-Azərbaycan münaqişəsinin sona çatmasını elan etməsi isə Rusiya sülhməramlı kontingentinin nəzarətində olan ərazilərdə hələ də formal olaraq mövcud separatçı rejimin qalıqlarının növbəti təxribat cəhdlərinin onlar üçün ağır nəticələnəcəyi mesajıdır. (Oxu24.com)

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button