Top.Mail.Ru

MANŞET

Azərbaycan ordusunun zəfər şifrəsi: Ali Baş Komandan ərtafında birlik modeli işə düşdü

Azərbaycanda xalq, ordu və dövlət vahid platformada, ümummilli hədəflər və taleyüklü məqsədlər uğrunda mübarizə üçün artıq tamamilə birləşməyə nail olub… Bu birliyin Azərbaycan ordusunun mənfur düşmən üzərindəki qətiyyətli və tam qələbəsi ilə nəticələnəci isə qətiyyən şübhə doğurmur…

Cənubi Qafqaz regionunda vəziyyət gərginləşib. Belə ki, bu regionda hərb əməliyyatların yenidən bərpa olunması Cənubi Qafqazı dünyanın “qaynaq nöqtə”lərindən birinə çevirib. Və vəziyyətin yenidən nə vaxt sabitləşəcəyi hələlik cavabsız sualdır.

Məsələ ondadır ki, xain erməni xisləti Cənubi Qafqaz regionda sabitliyi və sakitliyi ciddi şəkildə pozub. Ermənistanın Azərbaycana qarşı avantürist hərbi təxribatları ümumilikdə Cənubi Qafqaz üçün real təhlükəyə çevrilib. Və bu hərbi təxribatların qarşısının alınması, regional aqressor roluna iddia edən Ermənistana yerinin göstərilməsi yalnız Azərbaycanın deyil, həm də Cənubi Qafqaz regionunun gələcək taleyi baxımından, böyük önəm daşıyır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da xüsusi olaraq, vurğuladığı kimi, “Ermənistan Cənubi Qafqaz regionunda sabitliyə qarşı yeganə real təhdiddir. Regionda sülh və əmin-amanlıq yaranması üçün başından böyük işlərə qalxan Ermənistanın yerində oturdulması lazımdır”.

cenubi-qafqaz.jpg (86 KB)

Əlbəttə ki, Azərbaycan dövləti Cənubi Qafqazı sülhə və əmin-amanlığa qovuşdurmaq üçün bütün imkanlarından yararlanır. Rəsmi Bakı Azərbaycanın işğal altındakı ərazilərinin azad olunması qərarında tamamilə qərarlıdır. Və Azərbaycan ordusu ölkəmizin 30 ilə yaxın düşmən tapdağında qalmış torpaqlarını ermənilərdən təmizləməyə qadir gücdədir.

Hazırda Azərbaycan ordusu bu istiqamətdə qətiyyətli hərbi əməliyyatlarını davam etdirməkdədir. Azərbaycan əsgəri rəşadətlə, əzmlə və böyük qəhrəmanlıqla düşmənə sarsıdıcı zərbələr endirir, erməniləri döyüş meydanından qaçmağa məcbur edir.

Təbii ki, belə vəziyyətdə arxa cəbhədə cərəyan edən proseslər ön cəbhədə qazanılan və qazanılacaq zəfərlərin təminatçısıdır. Çünki əsgər arxa cəbhədən arxayın olmalıdır. Azərbaycan öz gücünü arxa cəbhədən almalıdır.

Bu baxımdan, nəinki savaşın başladığı andan, hətta silahlı toqquşmaların startından həftələr öncə Azərbaycanın bütün ərzisi üzrə ölkə vətəndaşları buna mənəvi-psixoloji cəhətdən tam hazır idilər. Ölkədə hər kəs ənənəvi xain erməni xislətinin Azərbaycanı yeni savaşla üzləşdirə biləcəyini, hərbi əməiyyatların hər an bərpa olunmasının mümkünlüyünü anlayırdı.

1594756547_sosial.jpeg (62 KB)

Maraqlıdır ki, Azərbaycanda heç bir vətəndaş savaşa qarşı deyildi. Əksinə, sosial mövqeyindən asılı olmayaraq, hər bir vətəndaş savaşın başlamasının tərəfdarı kimi çıxış edirdi. Hər kəs Azərbaycan torpaqlarının düşmən tapdağından azad olunması üçün hərbi əməliyyatların qaçılmazlığını vurğulayırdı.

Buna paralel olaraq, onminlərlə Azərbaycan gənci könüllü şəkildə Hərbi Səfərbərlik Xidmətinə orduya cəlb olunmaları üçün müraciət edirdi. Vətənin düşmən tapdağındakı torpaqlarının azad olunması üçün Azərbaycan ordusunun sıralarında vuruşmağa hazır olduğunu vurğulayırdı.

Son günlər həmin gənclərimizdən bəzilərinin müraciəti dövlət tərəfindən nəzərə alınıb və müsbət cavablandırılıb. Belə ki, sosial şəbəkələrdə hər gün yüzlərlə Azərbaycan gənci ordu sıralarına yola salınmalarını əks etdirən fotolar paylaşırlar.

Ancaq bu fotolarda bir maraqlı və önəmli məqam müşahidə edilir. Ordu sıralarına yola salınan heç bir Azərbaycan gəncinin sifətində həyəcanın, narahatlığın əlaməti sezilmir. Əksinə, Azərbaycan ordusunun hərbi formasını əyninə geyinmək şərəfinə layiq görülmüş hər bir gənc bunu sevinclə qarşılayır, qürur duyduğunu nümayiş etdirir.

c4dcb7aa167fb503ce4b8dec376545e6.jpg (63 KB)

Hazırda ümumiyyətlə, Azərbaycan cəmiyyətinin vahid hədəf, vahid məqsəd ətrafında birləşib. Dünya görüşündən, siyasi mövqeyindən asılı olmayaraq, cəmiyyətin bütün təbəqələri işğal altındakı torpaqlarımızın mənfur düşməndən azad olunması uğrunda savaşa girən Azərbaycan ordusuna dəstək verir. Və bu, qürurverici olmaqla yanaşı, həm də təqdirə layiq yeni situasiyadır.

Azərbaycanın siyasi spektiri də bu önəmli prosesdən kənarda qalmayıb. Belə ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar da ümumi bəyanat verərək, Ali Baş Komandana, dövlətə və ölkəmizin ərazi bütövlüyü uğrunda savaşan ordumuza tam dəstək ifadə ediblər: “Azərbaycanda fəaliyyət göstərən və bu bəyanatı imzalayan siyasi partiyalar Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəkləyir və onun yanında olduğunu bildirir!”

Bu bəyanatı imzalayan siyasi partiyalar ölkə vətəndaşlarına və həmçinin xaricdə yaşayan bütün Azərbaycanlılara müraciət etməyi də qətiyyən unutmayıblar: “Belə mürəkkəb şəraitdə ölkəmizin bütün vətəndaşlarını və dünya azərbaycanlılarını bir daha milli birliyə və vəhdətə səsləyir, hər kəsi Azərbaycanın haqq səsinin dünya birliyinə çatdırılmasına töhfə verməyə, beynəlxalq ictimaiyyəti isə Azərbaycanın həm tarixi həqiqətlər, həm də beynəlxalq hüquqla dəstəklənən haqq mübarizəsinə biganə qalmamağa çağırırıq”.

Bu önəmli bəyanatı ölkədə fəaliyyət göstərən 52 siyasi partiyadan yalnız ikisi – Müsavat Partiyası və AXCP imzalamayıb. Müsavat Partiyası bu məsələ ilə bağlı ayrıca bəyanat yayaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübariz aparan ordumuzun və dövlətimizin yanında olduğunu vurğulayıb. Siyasi hakimiyyətlə qarşılıqlı münasibətlərində dialoq müstəvisinə heç vaxt meyl göstərməyən AXCP isə hərbi əməliyyatlara qarşı çıxmamaqla diqqəti çəkib.

3e592213208e48e825fe04b8aaeca445-(1)_1521119058_1521281363.jpg (338 KB)

Yəni bütün bunlara əsasən, Azərbaycanda ümumi həmrəylik mərhələsinin təməlinin qoyulduğunu da iddia etmək mümkündür. Çünki adətən, prezidentin ətrafında birləşə bilməyənlərin bu dəfə Ali Baş Komandan modelində həmrəyliyə nail olması kifayət qədər ciddi və müsbət nəticədir.

Bu önəmli həmrəylik nümunəsi onu göstərir ki, bütün ölkə Ali Baş Komandanın ətrafında yumruq kimi birləşərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda müharibə və mübarizəyə tam şəkildə hazırdır. Artıq Azərbaycan xalqı bir toplum olaraq, ümumi düşmənlə savaşmaq üçün Ali Baş Komandan və ordunun arxasındadır.

Bu isə o deməkdir ki, Azərbaycanda xalq, ordu və dövlət vahid platformada, ümummilli hədəflər və taleyüklü məqsədlər uğrunda mübarizə üçün artıq tamamilə birləşməyə nail olub. Belə bir birlik düşmən üzərində illərlə səbr edilərək, gözlənilən həlledici qələbənin əsas şifrəsi rolunu oynaya bilər. Bu birliyin Azərbaycan ordusunun mənfur düşmən üzərindəki qətiyyətli və tam qələbəsi ilə nəticələnəci isə qətiyyən şübhə doğurmur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button