Top.Mail.Ru
bannerMANŞET

ŞOK! Zaur Əliyev mərhum Azad Rəhimovu SƏRT TƏNQİD ETDİ – “Heç bir iz qoymadan RƏHMƏTƏ GETDİ”

Ötən gün axşam saatlarında ABŞ-da mülicə aldığı xəstəxanada dünyasını dəyişən gənclər və idman naziri Azad Rəhimov barədə hər kəs xoş xatirələr paylaşsa da, tanınmış alim Zaur Əliyev ciddi tənqid səsləndirib.

KAİM.az Bakupost.az-a istinadən Zaur Əliyevin müzakirələrə səbəb olan açıqlamasını təqdim edir:

Keçən il xarici ölkələrdə özümə iş axtarırdım. Polşa, Almaniya, Çexiya kimi ölkələrdə işləyən çoxsaylı gənclə əlaqə saxladım. Çox dəhşətli faktlarla rastlaşdım. Nə qədər gənc ölkəni tərk edib gedib. İş vizası alaraq Şərqi Avropa, Qərbi Avropada hazırda ən ağır işlərdə çalışırlar – donuz fermasında təmizlik işindən tutmuş taksi sürücüsünə qədər! Özü də gün ərzində 10-12 saat işləyirlər. Saatları da olduqca az pula hesablanır.
Yüzlərlə gənc həm iş vizası, həm də beyin axınına qoşulub öləni tərk ediblər neçə il ərzində. Burda ölkəyə xeyir verə biləcək yüzlərlə gənc dövlətin qurumu olan Gənclər Nazirliyinin dəstəyini görməyib, çıxış yolunu ölkəni tərk etməkdə görüblər.

Neçə-neçə istedadlı gənc idman sahəsində uğurlu çıxışlar etməsinə baxmayaraq, Gənclər Nazirliyinin himayəsini görmədən idmanı atıb mühafizə, fəhlə və digər işlərdə çalışırlar. Onların əksəri də ölkəni tərk edib gediblər.

Gənclərə dövlət qayğısı siyasətini həyata keçirməyə məsul olan nazir Azad Rəhimov idi. Ölkə başçısının gənclərlə böyük diqqətinə baxmayaraq, nazirlik onun dövründə gənclər üçün ciddi heç bir iş görmədi.
Bu gün də gənclərimizin sosial problemlər içində yaşaması, istedadlarını reallaşdıra bilməməsi, təhsilli gənclərin işsiz qalması, gənc insanların qayğısız qalmasının birbaşa günahkarı Gənclər Nazirliyidir.
Bir neçə gəncin irəli çəkilməsi və dövlət qurumlarında yüksək vəzifə tutmasını çıxsaq, 80 faiz gənc onun nazir olduğu dövrdə diqqətdən kənar qalıb. Bu gün gənclər az maaşla işləyirsə, nazirliyin dövlət qarşısında heç bir təklifi və tələbi olmamasının göstəricisidir…

Nazirlik bu günə qədər gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində heç bir ciddi layihə və ideyalarla çıxış etməyib.

Azad Rəhimov Azərbaycan tarixində heç bir imza qoymadan rəhmətə getdi. Allah rəhmət eləsin. Ölüb, günahları varsa, Tanrı qarşısında cavab verəcək.

Amma onun yerinə təyin olunan insan mütləq gənclərlə işləməlidir. Beyin axını və işçi miqrasiyasının qarşısını almalıdır…

Bizim gənclər 44 günlük müharibə zamanı göstərdi ki, onlar heç nəyə baxmadan dövləti sevirlər. Dövlətin yanındadılar.

Belə gəncləri qorumaq lazımdır… Mütləq yeni nazir gənclərimizi qorumağı qarşısına məqsəd kimi qoymalıdır.

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button