Top.Mail.Ru
bannerMANŞET

MB-nin anormal DOLLAR SİYASƏTİ: Məzənnə nəzarətdən ÇIXACAQ – XƏBƏRDARLIQ

Mərkəzi Bank tamamilə qanunsuz, məntiqsiz, həm də izahedici sənəd olmadan, ancaq tapşırıqla ölkədə dollar satışına mənasız qadağalar, məhdudiyyətlər qoyub.

KAİM.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib. Onun sözlərinə görə, ötən ilin əvvəlindən başlayaraq, Azərbaycanda hər bir vətəndaşa şəxsiyyət vəsiqəsilə 20 min manat ekvivalentində (11 min 750 dollar) xarici valyuta satışı həyata keçirilir:

“Limiti aşan vətəndaşlara bildirilmişdi ki, 1 il (12 ay) ərzində bu limiti keçənlərə banklar tərəfindən xarici valyuta satışı həyata keçirilməyəcək, limit yalnız 12 ay başa çatdıqdan sonra sıfırlanacaqdır.
Hazırda 12 ay müddəti başa çatmış və buna görə banklara dollar almaq üçün müraciət edən vətəndaşlara bildirilir ki, limit Mərkəzi Bank tərəfindən sıfırlanmayıb, bu səbəbdən şəxsiyyət vəsiqəsilə dollar alışı mümkün olmayacaq.

Qanunsuz və məntiqsiz qadağa qoymaları bir yana, 1 il müddəti bitən vətəndaşların limitini də sıfırlamayıblar. Vətəndaşlar bundan əziyyət çəkir, Elman Rüstəmovun isə heç vecinə deyil”.
Natiq Cəfərli bildirib ki, belə qadağalar, məhdudiyyətlər normal bazar iqtisadiyyatı olan ölkələrdə mümkün deyil, hətta belə qadağaya cəhd edən ölkə həmən batar – milli valyutası devalvasiyaya uğrayar, investorlar ölkədın qaçar:

“Bizdə analoqu olmayan anormal sistem olduğu, məzənnənin əmrlə təyin edildiyi, xarici investorun isə ölkədən yan gəzdiyi üçün belə mənasız qərarlar verirlər.

Əslində qərar o qədər məzmunsuzdur ki, vətəndaşları yan keçməyə sövq edir: əgər mənim 11.700 dollarlıq limitim dolubsa, qardaşımın, bacımın, qonşumun, dost-tanışımın şəxsiyyət vəsiqəsini götürüb gedib dollar alacam. Bu da mümkün olmasa, qara bazardan alacam – bu tipli məntiqsiz qərarlar zatən qara bazarı dirçəldir.

Belə qərarlarla manatın məzənnəsini saxlamaq cəhdi tam fiaskodur, əks effekt verəcək, məzənnənin daha sərt oynamasına səbəb olacaq.

Dünyada iki məsələnin – pulun və ideyanın qarşısını inzibati yolla almaq mümkün deyil, heç totalitar sovetlər belə bunu bacarmadı”. / hit.az

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button