Top.Mail.Ru
bannerMANŞET

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov vəzifədən AZAD EDİLDİ – SƏRƏNCAM / YENİLƏNİB

Qorxmaz Cavanşir oğlu Hüseynov “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri vəzifəsindən azad edilib.

KAİM.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qorxmaz Hüseynov adı korrupsiyada ən çox hallanan məmurlardandır. Vəzifədə olduğu müddətdə mediada onunla bağlı təzibolunmaz məlumatlar dərc olunub. Heç vaxt barəsində yazılanlara münasibət bildirməyib. “Azərsu” ASC də korrupsiya yuvası kimi ad çıxaran qurumların başında gəlir. Ekspertlər dəfələrlə “Azərsu”dakı tenderlərin şəffaf olmaması haqda faktlarla çıxışlar etsələr də, bunlara nə Qorxmaz Hüseynov, nə də “Azərsu” ASC tutarlı cavab verə bilməyib.

Qorxmaz Hüseynovun adı ən son bu il yanvarın 31-də Tarif Şurası tərəfindən suyun qiyməti bahalaşdırılandan sonra gündəmə gəlmişdi. Sosial şəbəkələrdə, həmçinin peşəkar mediada onun sərvətinin, malikanələrinin bir qisminin siyahısı, fotosu dərc edildi.

İctimaiyyət uzun müddət idi bu cür korrupsioner, xalq və dövlət əmlakını talan edən məmurun işdən çıxarılmasını tələb edirdi. İndi isə əsas gözlənti Q.Hüseynovun indiyədək adının hallandığı əməllərə görə qanun qarşısında cavab verməsidir. / musavat.com

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button