Top.Mail.Ru

bannerMANŞET

Ordumuz İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında şücaətini göstərir.

Prezident İlham Əliyevin apardığı uğurlu siyasət digər sahələrdə olduğu kimi, hərbi sahədə də müsbət nəticəsini verir.
Belə ki, 27 sentyabrdan başlayan əks hücum əməliyyatları bir daha İlham Əliyevin böyük siyasətçi olmaqla yanaşı, həm də cəsarətli ali baş komandan olduğunu sübut etdi. Bu gün İllərdir ki, Azərbaycanın haqq işində özünü “dünya xilaskarı”, “demokratiyanın mərkəzi” hesab edən Fransanın sərgilədiyi mövqe işğalçı Ermənistanın kimə, nəyə güvəndiyini isbatladı. Həmçinin, Parisin Ermənistan – Azərbaycan münaqişəsində vasitəçi olduğu halda, Makron hökumətinin yanaşmasının qəbul edilməz olduğunu göstərdi. Çünki, Fransa münaqişədə tərəfdir! Ölkə başçısı işğalçı ölkəyə və onun havadarlarına bir daha Azərbaycanın güclü, qüdrətli dövlət olduğunu və işğalla barışmayacağını göstərdi. Prezident İlham Əliyevin diplomatik bacarığı, ölkələrlə ortaq nöqtələrin tapılmasına, əməkdaşlıq mühitinin yaranmasına, qarşılıqlı maraqlara dayanan əlaqələrin qurulması ilə nəticələnməsinə baxmayaraq, işğalçı Ermənistan və onun dəstəkçi olan şər üçbucağı Fransa, Rusiya və İran ədaləti, haqqı qəbul etmir.
Özünə islam ölkəsi deyən İran işğalçı ölkəyə hər türlü yardım edir və yardımını əsirgəmir. Ərdəbil şəhərinin imam cüməsi olan Həsən Amuli Azərbaycan dövlətini və qardaş Türkiyəni durmadan aşağılayır. Amulinin fikirləri fars – molla rejiminin Türkə düşmən olduğunu təsdiq və isbat edir. Azərbaycan, Ermənistandan fərqli olaraq, etibarlı ölkə olduğunu dünya arenasında təsdiqləyib. Belə ki, Ölkəmiz terrorla mübarizədə daim öz dəstəyini verib. İran və Ermənistan isə terror təşkilatların maliyyələşdirib və dünyanın müxtəlif nöqtələrində terror törədiblər. İşğalçı ölkə Azərbaycanın regional və qlobal proseslərdə güc mərkəzi olduğunu nə qədər tez başa düşsə, bu onların xeyrinə olar. Azərbaycanın geosiyasi və coğrafi mövqeyi ölkəmizin əlavə üstünlüyüdür. Hazırda Azərbaycanın dünya dövlətləri, güc mərkəzləri ilə münasibətlərinin təməlində məhz, üstün geosiyasi, geoiqtisadi və coğrafi reallıqlar dayanır. Bu da bizə imkan verirki, haqq işimizdə qalib gələk.
Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü ordu qurulmuşdur və bu ordu döyüş meydanında öz sözünü deyir, şücaətini göstərir. Hər bir Azərbaycanlı inanır ki, ən qısa zamanda ərazilərimizi işğaldan azad edəcəyik. Zəfər Azərbaycanındır! Qarabağ Azərbaycandır!
“Kainat” Analitik İnformasiya Mərkəzi

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button