Top.Mail.Ru
bannerMANŞET

TƏCİLİ! Əli Kərimlinin qadın müavini ilə şok SƏS YAZISI YAYILDI – NÖVBƏTİ RƏZALƏT

Azərbaycan Xalq Cəbhəsi partiyasında partiya başqanı Əli Kərimli və partiyanın Nəzarət Təftiş Komissiyasının sədri Aydın Əliyev arasında gərginlik davam edir.

KAİM.az-ın xəbərinə görə, Aydın Əliyev bildirir ki, məhkəmə qərarı ilə partiyada tutduğu vəzifəyə bərpa edilməsinə baxmayaraq, onun partiyada fəaliyyətinə süni maneələr yaradılır. NTK sədri onun partiyadan qanunsuz xaric edilməsinə səbəb kimi Əli Kərimlinin partiya daxilində avtoritar idarə etmə üsülunun tədbiq etməsini hesab edir.

Aydın Əliyev eyni zamanda partiyanın Ali Məclis sədri Nurəddin Məmmədlinin də saxtakarlığa yol verdiyini, onun partiyadan qanunsuz xaric edilməsi ilə bağlı qərarda adı keçməsində baxmayaraq, məsələdən xəbərsiz olan mərhumə, AXCP sədri Əli Kərimlinin müavini Gözəl Bayramlı ilə yazışmalarını fakt olaraq təqdim edib.

Xatırladaq ki, Aydın Məmmədovun partiyadan xaric edilməsi haqda protokolda adı olan AXCP Qadınlar Şurasının sədri Solmaz Hüseynova haqda Nəsimi rayon məhkəməsinin sərhəd qoşunlarına göndərdiyi sorğuya gələn cavab əsasında məlum olmuşdur ki, adı çəkilən xanım protokol tərtib olunan tarixdə adı protokolda qeyd olunmasına baxmayaraq Azərbaycanda olmayıb.

Ən sonda isə, məsələ ilə bağlı partiya sədri Əli Kərimli ilə partiyanın Rəyasət Heyətinin üzvü İradə Nəriman arasında olan danışıqların səs yazısı yayıldı. Səs yazısında Kərimli İradə Nərimandan köhnə tarixlə Aydın Əliyevə qarşı sənədlər hazırlanmasını və bunu nizamnaməyə uyğun etməsini istəyir.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button