Top.Mail.Ru

bannerMANŞET

“Saleh Məmmədov və “ATF” MMC milyonları bu “YOLLARLA” MƏNİMSƏYİR” – ŞİKAYƏT

Redaksiyamıza daxil olan şikayət məktubunu KAİM.az olaraq şərhsiz təqdim edirik:
“Göyçay rayonu Çərəkə kənd sakini Kərimov Samir Adil oğlu tərəfindən
ŞİKAYƏT  MƏKTUBU
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun himayə etdiyi Göyçayda yerləşən “ATF” MMC və 17 saylı Yol İstismar İdarəsinin rəhbəri dövlət əmlakını və vəsaitini talan edirlər.
Belə ki, “ATF” MMC Göyçay rayonunda asfalt yollarının tikintisi ilə məşğul olur. Bu şirkəti Azad, Təbriz və Fəxrəddin Muradov qardaşları yaradıblar. Şirkətin adıda onların adlarının baş həriflərinin birləşməsindən yaranıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun himayəsi altında yaranmış bu şirkət nəinki Göyçayda, hətta Azərbaycanın müxtəlif yerlərində İsmayıllının Basqal, Ucarın Yuxarı Şilyan, Bərgüşad, Bağman kəndlərində, Goranboyda, Tərtərdə, Balakəndə hazırda yol tikintisi işləri görürlər.

Yol tikintisi üçün ayrılan milyonlarla manatı rahat şəkildə talan etmək üçün Saleh Məmmədovun saxta tender oyunlarını demək olar ki, ancaq “ATF” MMC şirkəti udur. 

Hətta iş o yerə çatıb ki, Göyçayda yerləşən 17 saylı Yol İstismar İdarəsinin müdiri Rəşad Kərimovu işdən çıxarıb, yerinə “ATF” MMC-nin təsisçilərindən olan Təbriz Muradovun oğlu Tehranı müdir təyin ediblər. Bundan sonra, dövlətin idarəsi olan 17 saylı Yol İstismarı İdarəsinin bütün texnikaları “ATF” MMC-nin tenderdə udub apardığı yol tikintisi işlərinə qanunsuz olaraq cəlb edilmişdir. Bu isə korrupsiya cinayətidir ki, başında Saleh Məmmədov dayanıb.
Mən 03 dekabr 2013-cü il tarixdən 17 saylı Yol İstismarı İdarəsində sürücü vəzifəsində işləmişəm. İşimdə heç vaxt nöqsana yol verməmişəm, verilən tapşırıqları layiqincə yerinə yetirmişəm. “ATF” MMC-nin İsmayıllı rayonunun Basqal kəndində apardığı yol tikintisi işlərinə cəlb edilsəmdə yüksək qan təzyiqinə görə orada işləyə bilmədiyim üçün Tehran Muradov 31 avqust 2020-ci il tarixdə qanunsuz olaraq Əmək Məcəlləsinin 70 -ci maddəsinin “Ç” bəndi ilə məni işdən çıxarmışdır. Ancaq əmək məcəlləsinin tələblərinə görə mənə son haqq-hesab pulu ödənilməli olsa da, indiyə qədər verilməmişdir.
Bu cinayət əməli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun himayəsi altında 17 saylı Yol İstismarı İdarəsinin müdiri Tehran Muradov tərəfindən həyata keçirilir. Mən son haqq-hesab pulumun ödənilməməsinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət ərizəsi ilə müraciət etdim. Bundan sonra nazirlik mənə cavab verdi ki, sizə qarşı qanunsuzluq edilib, qanuna müvafiq qaydada  tədbir görüləcək.
Ancaq heç bir tədbir görülmədi.
Çünki, Muradovlar nəslinin gücü qanunlardan üstün tutulur. 17 saylı Yol İstismarı İdarəsində texnikalar xarab olanda onu sürücü öz vəsaiti hesabına təmir etdirir. Dövlətin bunun üçün ayırdığı vəsaiti isə Tehran Muradov talan edir.
Hansı qanuna əsasən dövlətin idarəsi olan 17 saylı Yİİ-nin teknikaları “ATF” MMC-nin apardığı yol tikintisi işlərinə cəlb edilib ? Hansı yüksək göstəricilərə görə bir çox yerlərdə yol tikinti işlərinin tenderini ancaq “ATF” MMC udur?
Ağdaş, Ucar, İsmayıllı, Göyçay, Yevlax, Balakən, Zaqatala, Şəki və s. rayonlarda “ATF” MMC tərəfindən çəkilmiş yollar tez bir zamanda bərbad vəziyyətə düşmüşdür. Belə nümunələr çoxlusaydadır ki, şikayətim yerində araşdırılan zaman göstərəcəm.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun himayə etdiyi Göyçayda yerləşən “ATF” MMC-nin rəhbərliyi Muradov qardaşları işçilərin əməyini istismar edir, onların pulunu kəsir, gün ərzində 15 -16 saat işlədirlər. Hətta şənbə və bazar günləri də işçilər işə cəlb edilirlər. Mənim kimi etiraz edənlər isə qanunsuz işdən çıxarılır və həttd son haqq-hesab pulu ödənilmir.
Qeyd edim ki, qum-çınqıl yataqlarında aparılan qanunsuz istismar işlərinə görə, “ATF” MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək məhkəmənin qərarı ilə həbs olundu. Və rəhbərlikdə onu qardaşı Azad əvəzlədi.
“ATF” MMC nin təsisçiləri olan Muradov qardaşları Azərbaycan Respublikasının dövlət büdcəsini talan etməklə milyonlara sahib olublar. Onlara məxsus Bakı şəhərində, Göyçay, İsmayıllı, Qəbələ və digər rayonlarda Yanacaq Doldurma Məntəqələri, ticarət obyektləri, şadlıq evləri və villalar var.
Bütün bunlar isə Saleh Məmmədovun himayəsi altında edilib.
Nəticədə isə dövlətin büdcəsi talan olunub, inşa edilmiş yollar tez bir zamanda bərbad vəziyyətə düşüb, insanların əməyi istismar edilib.
Prezident İlham Əliyevin tapşırığı əsasında respublikada korrupsiyaya qarşı mübarizə genişləndiyi vaxtda Saleh Məmmədovun himayəsi altında “ATF” MMC-nin rəhbərliyi və 17 saylı Yİİ-nin rəhbəri Tehran Muradov korrupsiya əməllərini dahada genişləndiriblər.
Muradov qardaşları etdikləri qanunsuzluqlara görə şikayət edəcəyim təqdirdə məni narkotika ilə şərlətdirib tutduracaqları ilə hədələyirlər.
Mən mətbuat vasitəsi ilə Prezident cənab  İlham Əliyevdən, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevdən, Baş Prokuror cənab Kamran Əliyevdən, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Nazim Rəcəbovdan, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevdən və Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi cənab Fuad Heydərovdan xahiş edirəm ki, dövlət vəsaitini talan edən, insanların əmək hüquqlarını pozan, istismar edən bu vəzifəli şəxslərin barəsində ciddi tədbirlər görəsiniz.
Əlaqə telefonu: (050) 822-00-23″
DİQQƏT! Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button