Top.Mail.Ru

bannerMANŞET

Əsgərimiz təkbaşına erməni səngərinə girdi – “Muxa” və DŞK ilə düşməni belə məhv etdi

Atası I Qarabağ müharibəsi qazisi olan hərbçi erməniləri təkbaşına məhv etdi.
KAİM.az xəbər verir ki, bu barədə hərbi jurnalist Rəşad Süleymanov yazıb.
“Hər əsgərimiz bir qəhrəmandır. Amma bir igid əsgərimizin qəhrəmanlığından yazacam. Məlum səbəbdən adını yazmıram. Deyir, bir az sağalıb özümə gəlim, yenidən cəbhəyə dönüb, qalanlarının da anasını ağlar qoyacağam. Füzulidəndir. Qardaşı atəşkəs dövrünün şəhididir. Döyüşə könüllü gəlib.
Ötən gün gedən döyüşdə düşmənin səngərini “Muxa” ilə vurub. Sonra təkbaşına girib səngərə. Başlayıb “təmizləməyə”. 10-dan çox düşmən əsgərini məhv edib. Düşmənin DŞK pulemyotunu ələ keçirib, onun özünə qarşı istifadə edərək döyüşə davam edib. Yanına düşən mərmidən yaralanmasına və kontuziya almasına baxmayaraq, tutduğu mövqeni qoruyub saxlaya bilib. Belə oğullarımızla qürur duyuruq”. (BAKU.WS)

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button