Top.Mail.Ru
MANŞET

28 yaşlı polis zabiti faciəvi şəkildə öldü

Şəmkir rayonunda ağır yol qəzası baş verib.

KAİM.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Şiştəpə kəndi ərazisində “Toyota” markalı avtomobilinin qəzaya uğraması nəticəsində sərnişin 1996-cı il təvəllüdlü Elbəyi Həsənov vəfat edib. Sürücü müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Saytların yığılması Saytların yığılması

Bildirilir ki, vəfat edən E.Həsənov polis baş leytenantıdır. Ailəli olan E.Həsənov Şəmkir Rayon Polis Şöbəsində sahə müvəkkili vəzifəsində çalışırmış.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bənzər yazılar