Top.Mail.Ru
bannerMANŞET

Dinc əhaliyə qarşı erməni terroruna dünya niyə susur?

İşğalçı Ermənistanın sivil insanlarımızı hədəf almaları erməni terrorundan xəbər verməklə yanaşı, bu ölkənin bəşəriyyət üçün nə qədər təhlükəli olduğunu göstərir.

Otuz il davam edən erməni işgalına son qoymaq üçün başladılan “təmizləmə əməliyyatı” bütün dünyada bir şok yaratmışdır. Görünən budur ki, işğalçı Ermənistan və havadarları bu hücumu gözləmirdilər. Onlar hesab edirdilər ki, yenə də Moskva, Paris zəngləri hərbi əməliyyatları dayandıracaq və bunlar yenə də nəticəsiz görüşlər keçirəcəklər.

Saytların yığılması Saytların yığılması

Cənab prezident, İlham Əliyevin sözləri ilə desək, yenəmi otuz il gözləyək? Ermənistan bu formada hücum olacağını gözləmirdi, çünki, havadarları onu çox arxayın etmişdilər. Həmçinin, başda Fransa olmaqla, bir çox ölkələr də Azərbaycandan belə bir həmlə hesablamırdılar. Beynəlxalq hüquqa ve BMT qərarlarına görə Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu dünya qəbul edib, belə olduğu halda Ermənistan niyə işğalçı ölkə kimi tanınmır? Qarabağı işgal edən “Səddam Hüseyin” olsaydı, bəlkə dünya gücləri bir koalisiya yaradardı. İşgalçı Ermənistan sevdalısı olan batını anlamaq zor olduğu qədər, həm də başa düşüləndir. Dəflərlə deyilib və sübut olunub ki, bu gün dünyada ədalət, haqq, hüquq deyil, ikili standart hökmranlıq edir.

Bu haqsızlığa qarşı yalnız güclə qalib gəlmək olar. Necə ki, 27 sentyabrdan Azərbaycanın ŞANLI ORDUSU bu gücü işğalçıya və havadarlarına göstərir. İllər öncə Kuveyti işğal edən İraqa qarşı yaradımış beynəlxalq koalisiya niyə işğalçı Ermənistana qarşı yaradılmır? İşğalçı Ermənistan həm də terror mərkəzidir. Bu gün dünya terrordan əziyyət çəkir. Terrorçunun dini, irqi kimliyi olmur. Bəs nədən dünya erməni terroruna susur? Ola bilərmi, erməni terroru türkə qarşı, islama qarşı olduğuna görə batı susur? Bu bir acı reallığdır ki, dünya erməni işğalına və terroruna susur! ATƏT adlı təşkilat yarandığı gündən, bu günə qədər yalnız nəticəsiz görüşlər təşkil etməklə məşğul olub. Elə buna görə də ATƏT beynəlxalq diplomatiya tarixində nəticəsiz görüşlər təşkil edən təşkilat kimi qalacaq. Bu gün Azərbaycan öz gücü ilə işğalçı ermənistana yerini göstərir və ərazi bütövlüyünü təmin edir.

Bu Azərbaycanın haqqıdır! Dağlıq Qarabağ Azərbaycandır! İllərdir işğalçı Ermənistana susan, heç bir təziq göstərməyən batı bu gün nədənsə əl-ayağa düşüb. Yenə də utanmadan danışıq təklif edirlər. Hansı diplomatik çözüm göstərirlər? Bəlkə fikirləşirlər ki, susaq, işğalla barışaq?.. Diplomatik çözüm yolu artıq bitib. İndi söz Azərbaycan əsgərinindir!!!

“Kainat” Analitik İnformasiya Mərkəzi

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir