Top.Mail.Ru

bannerMANŞET

“Azərbaycan Ordusunun Ermənistana endirdiyi hər bir zərbə Putinin Paşinyana vurduğu yumruqdur.”

“Azərbaycanla Ermənistan arasında hər cəhətdən çox böyük bir fərq var. Azərbaycan son 10 ildə həm demokratik, həm iqtisadi, həm də siyasi inkişaf baxımından böyük bir sıçrayış edib. Digər tərəfdən, Ermənistanda hətta adi insanlar çörək pulu üçün iş tapa bilmirlər. 100 min Ermənistan vətəndaşı iş üçün İstanbula yol alıb. Bir otaqlı evlərdə yaşayırlar və bir neçə min lirəyə işləyirlər”.

KAİM.az xəbər verir ki, bunu türk siyasi ekspert Həsən Öztürk deyib.

“Ermənistandakı qohumlarına üç-beş quruş göndərirlər. Erməni diasporu Türkiyəyə qarşı düşmənçilik etmək əvəzinə vətənlərinə investisiya qoymaq əvəzinə, yaşadıqları ölkələrin siyasətini pisləyirlər, türk düşmənçiliyi edirlər”, – ekspert bildirib.

Loading...
Yazının davamı reklamdan sonra

Onun sözlərinə görə, Azərbaycandakı inkişafların əksinə olaraq, Ermənistan hələ də Rusiya və Avropanın yardımlarına möhtac olan vassal bir ölkədir:

“Geridə qalmış iqtisadiyyatı, hələ sabitləşməmiş siyasəti və üstəlik, ölkə xalqının gündəlik problemlərinə həll tapa bilməyən dövlət aparatı var. Qiyamla Ermənistanda hakimiyyəti ələ keçirən Paşinyan isə Rusiyadan imtina edərək, Avropa İttifaqına üz tutmağa çalışdı. Düşünürəm ki, Kaliforniya və Paris diasporu Paşinyana o qədər təsir etdi ki, Rusiyanı unutdu.

Bu gün Azərbaycan Ordusunun atdığı hər güllə, atdığı hər bomba, dronların məhv etdiyi hər tank və hava müdafiə sistemi də Putinin Paşinyana vurduğu yumruqdur. Rusiya Paşinyanın sonunu erməni xalqının gözündə izləyir. Paşinyan bu müharibənin sonunda devriləcək. Ermənistanda yeni Rusiyapərəst hökumət fəaliyyətə başlayacaq. Bu müddətdə Azərbaycan torpaqları azad edilsə, yeni status Rusiya tərəfindən qəbul ediləcək. Ermənilərin çətin ki, Azərbaycan Ordusunun öhdəsindən özləri gəlsinlər”.  (Teleqraf.com)

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button