Top.Mail.Ru
MANŞET

“Zəngəzur dəhlizi” Rusiyanın planlarını İFLASA UĞRADIR – ABŞ və Britaniya müdaxilə edir

“Paşinyanın sorğularda qazandığı reytinqi aşağı salmağa hesablanmış təxribatlar fonunda deyə bilərik ki, Ermənistanın müvəqqəti Baş nazirinin tənqidi fikirləri onun seçkiqabağı əhvala uyğun dediyi sözlərdir və bu, ölkəsindəki “narazı” qrupun “könlünü almaq” üçün edilir”.

KAİM.az xəbər verir ki, Metbuat.az-a açıqlamasında politoloq Züriyə Qarayeva bildirdi ki, son günlər Nikol Paşinyan Zəngəzur dəhlizi ilə bağlı sərsəm bəyanatlarının səbəbi elə məhz seçkiqabağı vəziyyəti nəzarətdə saxlamaq mahiyyəti güdür.

Politoloq deyir ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Televiziyasına müsahibəsində Zəngəzur dəhlizinin icrası barədə danışarkən “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik” deyib: “Prezidentin nitqindəki sərt ritorikadan da anlaşıldığı kimi dəhliz bütün maneələrə rəğmən açılacaq.

UGUR QAZANDIQ! Putini Ermenistan MARAQLANDIRMIR - Paşinyan bu zərbələrə nə qədər dözəcək? - AÇIQLAMA

“Zəngəzur dəhlizi ilə bağlı ən vacib məqamlardan biri odur ki, Naxçıvanı ölkənin əsas hissəsi ilə birləşdirən yol açılacaqdır. Halbuki bu məsələ Vətən müharibəsinə qədər danışıqlar mövzusu olmayıb. Bu, son 200 ildə əldə etdiyimiz ən böyük strateji uğurdur. 1813 və 1828-ci il müqavilələrindən sonra bölgəyə ermənilər yerləşdirildi. Burada Rusiya imperiyasının əsas məqsədi Türkiyə ilə Azərbaycanı, Osmanlı ilə Mərkəzi Asiyanı, bütün türk dünyasını bölmək idi. SSRİ-nin də əsas strateji xətti türk birliyinin qarşısını almaq idi. 1924-cü ildə Sovetlər birliyi Mərkəzi Komitənin katibləri Orconikidze və Mikoyan, Ermənistan respublikasının İrana çıxışını təmin etmək adı ilə Zəngəzuru Azərbaycandan soruşmadan Ermənistana birləşdirdilər. İndi həmin birləşdirici xətti biz yenidən bərpa edirik. Bununla da, Bosniyadan başlıyıb Türkiyə üzərindən keçməklə Orta Asiyaya yenidən yol açılır”.

Z.Qarayeva vurğulayıb ki, Avro Atlantik blok, ABŞ İngiltərə bu məsələdə bizim yanımızda olacaqlar:

“Çünki Çindən başlayaraq iqtisadi-mədəni xətt Zəngəzur üzərindən Türkiyə və oradan Avropaya gedəcək. Egedən Sakit okeana türk yolunun sanki domino daşı Zəngəzur dəhlizidir. Biz Rusiyanın şimal-cənub xəttinə qarşı şərq qərb xəttini açmış olacağıq. Əslində Ermənistan bunu anlasa və icra etsə onun özü üçün də çox əhəmiyyətlidir. Çünki Ermənistan regional subyekt kimi artıq əhəmiyyətini itirib. Faktiki blokada vəziyyətindədir. Revanşist və təcavüzkar siyasəti nəticəsində iqtisadi layihələrdən kənarda qalıb”.

Siyasi şərhçi bildirdi ki, belə davam etsə Rusiya və İran Ermənistanın de fakto işğalını başa çatdıra bilər. İran isə düşdüyü durumdan dolayı Türkiyəyə dəstək verməli olacaq.

“SSRİ dağılarkən əsas strateji yönüm bu idi ki, türk birliyi dağılsın. Turan qapısı adlanan Zəngəzur dəhlizi təkcə türk birliyinə deyil, həm də region ölkələrinin iqtisadi inkişafına xidmət edəcəkdir. Bunu özgə torpaqlarında imperialistlərin köməyi ilə marionet dövlət quran ermənilər anlamalıdırlar. Əks halda, təcavüzkar siyasətindən əl çəkməsə, bu ölkədə işsizlik səviyyəsi daha da artacaq, mühacirət və yoxsulluqla müşayiət olunan oxşar iqtisadi vəziyyət getdikcə ağırlaşacaq, düşmən respublikada xaos və özbaşınalıq daha da dərinləşəcək”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button