Top.Mail.Ru
MANŞET

“Aqrolizinq” ASC-də QANUNSUZLUQ: Ailəni qazancsız qoyan Aqşin Məmmədovun PRİNSİPİAL QƏRƏZİ – ŞİKAYƏT

“Aqrolizinq” ASC-nin Lizinq şöbəsinin müdiri Aqşin Məmmədov 44 günlük Vətən müharibəsinin qəhrəman döyüşçülərindən biri olan Rafiq Əhmədov Behbud oğlunun ailəsini çörəkpulu qazanmaqdan qanunsuz yollarla məhrub edib.

KAİM.az xəbər verir ki, bu barədə redaksiyamıza İkinci Qarabağ müharibəsi iştirakçısının atası Əhmədov Behbud Abbas oğlu tərəfindən göndərilən şikayət ərizəsində məlumat verilib.

Belə ki, “Aqrolizinq” ASC-nin Lizinq şöbəsinin müdiri Aqşin Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Əhmədov Behbudun istifadəsində olan “SAMPO” markalı kombaynı əlindən almışdır. Kombayn qanuni sənədlərlə lizinq yolu ilə götürülüb.

Şikayətçinin verdiyi məlumata görə, o, müalicə olunacağını bildirib və ərizə yazaraq kombaynı müəssisəyə təhvil verib. Sağaldıqdan sonra işə qayıtmaq istəyəndə məlum olub ki, kombaynı qanunsuz olaraq başqa şəxsə veriblər. Kombaynın təmirinə pul xərcləyən Əhmədov Behbud deyir ki, kombaynı özü idarə etməlidir.

“Mən 1984-cü ildən kombayn sürürəm. Peşəkar kombayn sürücüsüyəm, pambıq və taxıl yığımı zamanı yüksək göstəricilərə nail olmuşam. İşimdə heç vaxt nöqsana yol verməmişəm. Ucar “Aqroservis”-dən 2014-cü ildən etibarən lizinq yolu ilə kənd təsərrüfatı texnikası götürüb işlədirəm. Qeyd edim ki, “Aqrolizinq” ASC-nin Lizinq şöbəsinin müdiri Aqşin Məmmədovun qanunsuz əməlləri barədə əvvəllər şikayət etdiyim üçün o mənimlə prinsip aparır. Bu səbəbdən, mənim müalicəyə getməyimi fürsət bilib, öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək istifadəmdə olan kombaynı məndən qanunsuz yolla alıb başqasına vermişdir.”

Ərizədə o da deyilir ki, Əhmədov Behbudun yeganə oğlu Rafiq Əhmədov Vətən müharibəsində Tərtərin Suqovuşan qəsəbəsi, Talışkənd kəndi və Ağdərənin azadlığı uğurunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub.

Bir başqa iddia isə ondan ibarətdir ki, Əhmədov Behbudun öz cibindən pul xərcləyərək təmir etdiyi pambıq yığan kombaynı “Aqrolizinq” ASC-nin Lizinq şöbəsinin müdiri Aqşin Məmmədov tərəfindən başqa birisinə verilmişdir.

“Aqşin Məmmədov mənə ironiya ilə deyir ki, sən hara şikayət etsən baxılması üçün bizə göndərəcəklər. Bunun heç bir mənası yoxdur.” – deyə gileylənən şikayətçi Aqşin Məmmədovun iş fəaliyyətinin obyektiv təftiş edilməsini və lazımi tədbirlərin görülməsini istəyir.

Biz mətbuat olaraq vətəndaşın problemini işıqlandırdıq. Ümid edirik ki, Aqşin Məmmədovun ironiyalı cümlələrinin reallıq ilə heç bir əlaqəsi yoxdur.

Ərizədə qeyd olunan məlumatlarla bağlı qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq. Danışmaq bir növ özünü müdafiə əlamətidir. Bəs susmaq nəyin əlamətidir?

  • Şikayətçinin əlaqə telefonu; 050 424-38-99

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button