
Bu gün səhər saatlarından Qarabağ cəbhəsinin şimal və cənub istiqamətlərində Azərbaycan Ordusunun hücumu başlayıb.
KAİM.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, oktyabrın 8-də Azərbaycan ordusu Tərtər istiqamətində genişmiqyaslı aktiv döyüş əməliyyatlarını yenidən bərpa edib.
Azərbaycan ordusunun aktiv döyüş əməliyyatlarına başlamasını Musavat.com-un cəbhə bölgəsində olan əməkdaşıda təstiqləyib. Bildirilib ki, 8 oktyabr səhər 6-dan başlayaraq Azərbaycan ordusunun “vuran əli” – topçular düşmənin önəmli döyüş nöqtələrini darmadağın edirlər. Yerdə düşmənə aman verməyən ordumuz hava hücumu vasitəsi ilə də düşmənə ağır zərbələr vurur.
Hazırda Tərtər istiqamətində dəhşətli döyüşlər gedir. Eləcədə bütün istiqamətlərdə aparılan anti-terror əməliyyatları düşmən tərəfdə təşviş və qorxu yaradıb.