Top.Mail.Ru

MANŞET

Canlı efirdə REAL-ın sədr müavini ilə Ağ Partiya funksioneri bir-birini söydü – VİDEO

Real partiyasının sədr müavini Natiq Cəfərli ilə Ağ Partiyanın başqan müavini Əhəd Məmmədli Müsavat TV-nin canlı yayımında bir-birinə qarşı ağır sözlərdən istifadə ediblər.

KAİM.az xəbər verir ki, “Canlı debat”da üz-üzə gələn müxalifət funksionerləri qarşılıqlı təhqirə qədər gedib çıxıblar. Ə. Məmmədli opponentini “qanmaz” adlandırıb və cavabında “qanmazın yekəsi sənsən, sənin sədrindir” sözlərini eşidib.

AĞ Partiyanın başqan müavini N. Cəfərlini satqınlıqda ittiham edib:

Loading...
Yazının davamı reklamdan sonra

“Tutuldun, heç 20 gün prokurorluqda qala bilmədin. Dedin ki, İlqar Məmmədov deyib. Bunlar əqidəsiz adamlardırlar…”

N. Cəfərli isə cavabında onu “debil” adlandırıb:

“Azərbaycan hakimiyyəti belə “debil”ləri gətirib Azərbaycan siyasətinə qoyub”.

Qonaqlar, hətta bir-birinə qarşı söyüşlü sözlərdən də istifadə ediblər.

Aparıcı onları sakitləşdirməyə çalışsa da, alınmayıb, nəticədə verilişi yarımçıq kəsməli olub.

/ qafqazinfo

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button