Top.Mail.Ru

bannerMANŞET

Rusiyanın Azərbaycana DEMARŞı, terror ölkəsi ermənistana REVERANŞı artırır – ARAŞDIRMA

Azərbaycanla Rusiya arasında Qarabağ münaqişəsi və Avrasiya İttifaqı məsələsində konfidensial danışıqlarda ortaq məxrəcə gəlinməməsi, əlbəttə burada Rusiyanın daha güzəştlər tələb etməsi, danışıqların belə nəticədə  bitməsinə səbəb olur.

Məlumdur ki, aprel ayı Kremlin rəsmi eləcədə qeyri-rəsmi şəxslərinin Bakı səfərində də uğursuzluq, Moskvanın açıq demarşları və Ermənistana isə, reveranşlarını artırdı.

Qeyd etmək lazımdır ki, Moskva ilə Bakı arasında davam edən siyasi soyuqluq fonunda Qarabağ münaqişəsinin nizamlanması istiqamətində hər hansı sülh danışıqların başlanması real görünmür. Bu vəziyyətdən Ermənistan razıdır və çalışılır ki, Moskva -Rusiya münasibətləri belə davam edərək, münaqişə ətrafında özlərinin yaratdığı status-kvonu qorunsun.

Rusiya-Azərbaycan münasibətlərinin bu vəziyyətdə saxlanmasında Rusiya XİN rəhbəri Sergey Lavrovun rolunu xüsusi vurğulamaq lazımdır. Məhz Sergey Lavrov iki ölkə arasında münasibətlərə zərbə vuran açılaqlamalar verib, ermənilərə siyasi gedişlər edib.

Hazırda iki ölkənin siyasi əlaqələrini yüksək səviyyəyə gətirmək, yenidən Rusiyanın təşəbbüsü ilə Qarabağ danışıqlarında müsbət irəliləyişlərin olması, yaxın perspektivdə mümkün görünmür.  Rusiya prezidenti V. Putinlə prezident Ilham Əliyevin görüşündə müəyyən danışıqlar aparılsada, Qarabağ münaqişəsinin həllində illərdir Rusiyanın rolu da irəliləyişə naliət qazandıra bilmədi.Hadisələr belə olan halda tam deyə bilərik ki,  Rusiya hər zaman olduğu qədər çalışır ki, tam danışıqları dondurub, vəziyyəti özlərinə sərf edən  səviyyədə idarə etsin. Bununla razılaşmayan azərbaycan  isə hərbi əməliyyatlara üstünlük verir. Əbəttdəki, rəsimi Bakının bu mövqeyi Rusiya, Fransa, Livya. Almaniya, Yunanıstan, İran kimi ermənipərəst dövlətlərin işinə yarımır. Bu səbəbdən də Azərbaycana qarşı aqressiv mövqe sərgiləyirlər.

Bununla yanaşı Azərbaycanın Türkiyə və Gürcüstanla üçlük hərbi formatda təlimləri, Ər-Riyadda keçirilən ərəb-islam-amerika konfransında iştirakı, Cənubi Qaz kəmərinin çəkilməsi, Rusiyanın Azərbaycana qarşı sərt mövqeyinin davam etməsi bu günkü nəticələrin ilkin səbəblərdən biri də hesab etmək olar.

Siyasi ekspertlərində dediklərin nəzərə alaraq deyə bilərik ki, yuxarıda qey etdiklərimiz hazırda Qarabağ münaqişəsinin həllini çıxılmaz vəziyyətdə saxlayır. Bu gün hər bir siyasətçiyə Rusiya və Fransanın təsir imkanları zəif görünsədə, bu xaçlıların birlik oyunudur.  Onların Azərbaycanı təhlükəli oyuna sürkləmələri xain siyasi gedişdən başqa bir şey deyil. Ani-Azərbaycan mövqeyi tutan  Rusiyada açıq şəkildə münaqişəni dondurmaq siyasəti aparır və Ermənistanı isə fəal şəkildə silahlandırır.

Azərbaycan isə buna cavab olaraq, NATO ilə əlaqləri açıq şəkildə inkişaf etdirilməsi istiqamətində işlər aparmalı və Səudiyyə Ərəbistanı vasitəsilə formalaşa biləcək” İslam NATO ” -da yer almalıdır. Azərbaycan çalışmalıdır ki, Səudiyyə Ərəbistanı və İsrail vasitəsilə ABŞ-la siyasi dialoq qrub, ölkəmizə dəstəyi artırsın və Minsk qrupu çərçivəsində ABŞ-ın fəallığlna səbəb olsun.

Xüsusilə, ABŞ Minsk qrupunda fəal olarsa, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə, hımçinin münaqişənin həllinə çalışmağa cəhd edərsə, Rusiya aktivlənib, münaqişəni həll etməyə çalışar. Göründüyü kimi, ABŞ-ın fəaliyyətsizliyi, Rusiyanın mövqeyini gücləndirib.

 Deyə bilərik ki, həmsədrlər regiona növbəti səfəri  ola bilər. Onlar çalışacaq ki, yenə aylarında və illərlə cəbhədə atəşkəsə əməl olunması üçün Azərbaycan tərəfininə şirin vədlərlə danışıqları uzatsın. Bu gün hər kəsə məlumdur ki,  Minsk formatının hazırda fəaliyyəti sıfır vəziyyətində olmaqla yanaşı, ermənistanı qorumaqla görəvlidir. Amma, görünən odur ki,  real geosiyasi situasiya, Qarabağda yenidən  anti-terror  əməliyyatların başlanmasına rəvac verir.  Qarabağ və bütün işğal olunan ərazilərimizdə Azərbaycan bayrağı dalğalanacaq.

“KAİNAT” analitik informasiya mərkəzi

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button