Top.Mail.Ru
MANŞET

İcra başçısının bahalı avtomobil KOLLEKSİYASI – FOTO

Bloger Mehman Hüseynov Sabunçu rayon İcra başçısı Adil Vəliyevlə bağlı araşdırma aparıb.
KAİM.az-ın məlumatına görə, o,  icra başçısı və onun ailə üzvlərinə məxsus olan avtomobillərin fotolarını təqdim edib.
“Adil Vəliyev 2012-ci ildən icra başçısıdır. 9 il ərzində icra başçısı ola-ola milyonlar oğurlayıb, ailə üzvlərinə dəbdəbəli həyat qurub”, – deyə M.Hüseynov bildirib.
Belə ki, blogerin araşdırmasına görə, Sabunçu rayon icra başçısı Adil Vəliyevə məxsus olan maşınlar:
– Xidməti maşın “AUDİ A8” (10-AA-818)
 
– Şəxsi maşını “Porsche Panamera Turbo” (10-AA-078) – Qiyməti 200.000 manat
M.Hüseynov qeyd edib ki, 2014-cü ildə icra başçısının oğlu Ənvər Vəliyev qiyməti 250.000 manat, ona məxsus olan 10-YY-078 dövlət qeydiyyat nömrəsi ilə “PORSCHE 911Turbo S” markalı maşın sürürdü:
“2015-ci ildə oğlu maşınını dəyişir və qiyməti 150.000 manat olan “PORSCHE 911” markall maşın sürür – ona məxsus olan yeni 10-AL-078 dövlət nömrəsi ilə. 2018-ci ildə oğlu Ənvər özünə 450.000 manat (yarım milyonluq) “Ferrari Berlinetta” alır. Yeni maşının yeni nömrəsi var – 10-FF-078. (0.7.8 onun ürəyində xüsusi yeri var). 2021-ci ildə biz icra başçısının oğlunu Bakıya təzə gətirilmiş, qiyməti 500.000 manat olan “FERRARi Berlinetta F12”də görürük. Bu dəfə də yeni maşın yeni nömrə ilə 10-OO-078.
İcra başçısının oğlu Ənvər hələ biz araşdırıb ortaya çıxartdığımız bu illər ərzində özünə 4 müxtəlif maşın alıb. Təkcə oğlu maşınlara xərclədiyi pul 1.350.000 (bir milyon üç yüz əlli min) manat edir və üstəgəl atasının 200.000 manatlıq “PORSCHE” markalı şəxsi maşın. Ümumi 1.550.000 (bir milyon yarım) manat edir”.
Bloger icra başçısının ailəsinə məxsus olan digər maşınlardan da yazıb:
“Onun ailəsinə məxsus olan 90-HH-900 dövlət nömrəsi bir neçə maşının üstündə olub. 2014-cü ildə icra başçısının ailəsinə məxsus olan nömrəli (90-HH-900) qiyməti 200.000 manat olan “PORSCHE Panamera Turbo” markalı maşının üstündə olub. 2016-cı ildə icra başçısının ailə üzvləri artıq özlərinə yeni maşın almışdılar. Onlara məxsus olan nömrəli (90-HH-900) qiyməti 400.000 manat olan “PORCHE Cayenne Mansory” markalı maşının üstündə olub. Nhayət 2017-ci ildə icra başçısının ailə üzvlərini yeni maşında görürük. Onlara məxsus olan nömrəli (90-HH-900) qiyməti 360.000 manat olan “PORSCHE Cayenne Turbo” markalı maşının üstündə olur.
Deməli, Vəliyevin ailə üzvləri 3 il ərzində 3 ədəd yeni maşına 1.000.000 ( bir milyona yaxın) manat xərcləyiblər. Ata, oğul və ailə üzvlərinə məxsus olan maşın qarajının qiyməti 2.550.000 (iki milyon yarım) manat edir. Adicə kasıb bir rayonun, Sabunçu rayon icra başçısı Adil Vəliyev öz maşın qarajına milyonlar xərcləyir, hər il ailə üzvləri özlərinə yeni maşın alır. Dəhşətlisi odur ki, bu milyonlarla dəyəri olan maşınları icra başçısının aldığı 1000 manat maaşla alıblar”. //Azadinfo.az
  

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button