Top.Mail.Ru

MANŞET

Azərbaycan zənginləri Bodrumda, dünya elitasının qala gecəsində – Bilet 25 min avrodan başlayır… – FOTO

Bodrumun cənnət güşələrindən birində yerləşən, dünyanın ən bahalı otellərindən olan özəl “Villa Maçakızı” villa-otelində (giriş məhduddur, ancaq xüsusi sifarişlə mümkündür) dünya elitasının, yaxud yüksək təbəqə (high society) nümayəndələrinin iştirakı ilə qala gecəsi keçirilib.
KAİM.az xəbər verir ki, bu dəbdəbəli axşam yeməyinin və qala gecəsinin iştirakçıları arasında Azərbaycandan olan zənginlər də yer alıb. Bu haqda Türkiyənin “Sabah” qəzeti yazır.
Qala gecəsi  iyulun 23-də rusiyalı supermodel və xeyriyyəçi Natalya Vodyanova tərəfindən qurulan “Naked Heart Foundation” tərəfindən təşkil edib. Qala gecəsinə Natalya Vodyanova ilə yanaşı “Chopard” həmsədri Karolina Şeufel və “Chopard” şirkətinin Türkiyə təmsilçisi Şelli Ovadia başçılıq ediblər. Qala gecəsinin önəmli qonaqları arasında Rusiya, Azərbaycan, Qazaxıstan, Qətər, İngiltərə və Türkiyədən yüksək təbəqə nümayəndələri olublar. Qala gecəsinə dəvətnamələrin qiyməti 25 min avrodan başlayır. Bu, dünyada ən bahalı qala gecələrindən və elit təbəqə nümayəndələrinin qatıldığı, elita arasında ən nüfuzlu ziyafət mərasimlərindən biri hesab edilən məclislərdən biridir.
/ virtualaz.org

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button