Top.Mail.Ru
MANŞET

“Şikəst qalan” Yardımlı rabitəsi – bu ənənə “uğurla” DAVAM ETDİRİLİR

“Aztelekom” MMC_nin Yardımlı filialında baş verən ağlasığmaz münaqişələr xalq içində narazı kütlələrin qəsdən yaradılmasına səbəb olmuşdur. Rabitə sahəsində aparılan islahatlar, xalqın mənafeyini qoruyan qanunların təsis edilməsi Yardımlı rayonunda bəzi vəzifəli şəxslər tərəfindən birmənalı qarşılanmamış və uğurlu siyasətə kölgə salınması məqsədilə bir çox ciddi qanun pozuntuları baş vermişdir.

Bu barədə KAİM.az-a əslini cənab Prezident İlham Əliyevə göndərdiyi şikayət ərizəsi ilə müraciət edən “Aztelekom” MMC-nin Yardımlı Filialinin ƏM və TT mühəndisi Abdullayev Aydın Piriş oğlu şikayət məktubu ilə daha ətraflı məlumat vermişdir.

Ərizəni olduğu kimi diqqətinizə çatdırırıq.

“Aztelekom “MMC-nin Yardımlı filialının kecmış rəisi Fərail Ağayevin rəis işlədiyi dövrdə idarənin mal-materialını istədiyi kimi satışa qoyması, xidmət idarəsi olaraq abunəçilərə xidmətin gündən-günə keyfiyyətinin aşağı düşməsi, idarə rəhbərliyi ilə işci heyətin arasında münasibətlərin pisləşməsi və sairə digər amillərin yaranmasıni dəfələrlə F.Ağayəvə çatdırsam da, faydası olmadığını görüb bu barədə Aztelekom MMC-nin baş direktorun I müavini Z.Verdiyevə dəfələrlə şifahi olaraq məlumat vermişdim. Lakin Yardımlı filialında 2020-2021-ci illər ərzində iqtisadi geriləmələr və əhaliyə xidmət keyfiyyəti gündən-günə pisləşirdi. İdarənin mal-materialını (Kabellərin doğranıb mis kütləsinə çevirərək satilması, əhali sektoru üçün ayrılmış məftil və dirəkləri tələb olunan yerlərə deyil, özünə sərf eləyən insanlara satmaqla məşğul olmasıni sosial şəbəkələrdə işıqlandırmışam. Yardimlı filialın müdiri F. Ağayev artıq işdən azad edilib. Yeni təyin olunmuş içraçı rəhbər Xəzər Nuriyev 23 iyul 2021-ci il tarixdə məni iş otağına çağirib işdən çıxmağım barədə ərizə verməyimi təkidlə tələb etmişdir. Səbəbini soruşanda belə izahat verir ki, sən Abdullayev Aydın olaraq mətbuat orqanlarında Aztelekom MMC-nin Yardımli Filialinda ozbaşınalıqları işıqlandırmısan. Odur ki, ərizəni verərək işdən çıxmalısan, xoşluqla ərizəni yazmasan sənin əmək kitabcanı ləkələyib maddə ilə işdən cıxaracam.

23 iyul 2021-ci il tarixdə “Aztelekom” MMC-nin Yardımlı Filialının icraçı rəhbərinin mənimlə təkidli və qişqır-bağırla rəftarı nəticəsində qan təzyiqimin normadan artması hesabına 24.07.2021-ci il tarixdə evə təcili yardım çağırmalı oldum. İnfarkt səviyyəsinə qədər qan təzyiqim artmısdı. Mənimlə yaranmış vəziyyət barədə Yardımlı Rayon Prokurorluğuna 26 .07.2021-ci il tarixdə filialın icraci rəhbərinin məni işə buraxmaması barədə şikayət ərizəsi vermişəm.

KAİM.az saytı olaraq Sizdən xahiş edirəm ki, “Aztelekom”MMC-nin Yardımlı filialının icraçı rəhbərinin mənə hədə-qorxu gələrək kobud rəftar etməsi, hüquqlarımın tapdanmasını, bir sözlə haqq səsimi ölkə başçısı cənab İlham Əliyevə çatdırasınız.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button