Top.Mail.Ru

MANŞET

Qurban Qurbanov Kiprdəki təxribatdan danışdı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində AEL-ə (Kipr) qarşı keçirdikləri ilk oyunu şərh edib.

“Kainat” xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:1 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Yaxşı mübarizə getdi. Xarakterli iki komanda üz-üzəydi. Bəlkə də hər iki komanda ən azı uduzmamağı haqq edirdi. Öz futbolçularıma, komandama təşəkkür edirəm. Baxmayaraq ki, hər iki hissədə ələ düşən xeyli qol fürsətindən yararlana bilmədik. Məğlub duruma düşsək də, sona kimi mübarizə aparıb, ən azı bir qol vurdular. Bu bərabərliyə görə futbolçularımı təbrik edirəm. Qarşıda cavab oyunu var. Hələ heç nə bitməyib. Bakıda hər iki komandaya mərhələ keçmək üçün qələbə lazımdır. Ona görə yəqin ki, cavab görüşü daha maraqlı alınacaq. Hər iki komandanın futbolçularına uğurlar arzulayıram.

Loading...
Yazının davamı reklamdan sonra

Səfər qolu əvvəl üstünlük idi. Amma indi elə deyil. Bərabərlik pis nəticə deyil. Amma hər iki tərəf üçün vəziyyət eynidi. Bakıdakı oyunda mərhələni keçməyi düşünəcəyik. Qol vurub, qol buraxmamağa çalışacağıq.

Əlbəttə, oyunun sonunda belə halın yaşanmasını istəməzdik. Baş verənlərlə bağlı UEFA qərar verəcək, bu, onlara aid məsələdir. Amma belə hal nə rəqib komanda üçün yaxşı deyil, nə də bizim üçün. Biz idmançılarıq, meydanda öz işimizlə məşğul olmağa çalışırıq. Bəzən elə hallar olur ki, hamımız buna reaksiya veririk. Çünki tanımadığımız, bilmədiyimiz kənar adamlar belə hallara yol verirlər. Dəfələrə bizə, “Qarabağ”a qarşı belə təxribatlar olub. Amma biz həmişə öz mədəniyyətimizi göstərmişik. Çünki biz Azərbaycanı təmsil edirik. Maksimum səbrli olmağa çalışırıq. Sadəcə onu deyə bilərəm ki, biz heç kimdən qorxmuruq, çəkinmirik. Dünya futbolunda da belə hallara rast gəlinir. Bəlkə bu futbolun bir gözəlliyi, özəlliyidir. Amma heç kim istəməz ki, belə hal yaşansın. Çünki sonluq heç də yaxşı olmur. Mümkün qədər təmkinli davrandığımıza görə UEFA nümayəndəsi də sonda bizə təşəkkür etdi. O da azarkeşlərin necə aqressiv olduğunu görürdü. Futbolçuların da üzərinə bəzi əşyalar atdılar, birinin başına, birinin qoluna dəydi. Əlbəttə, belə şeylər bizə təsir etməz. UEFA nümayəndəsi də bütün bunları, mənim futbolçularımı sakitləşdirməyə çalışdığımı görürdü. Amma sonda artıq mən də özümü aqressiv aparmalı oldum. Hər bir halda Bakıdakı oyunda idman prinsiplərini qoruyub-saxlamağa çalışacağıq. Bizim işimiz meydanda özümüzü doğru-düzgün idarə etmək və nəticə qazanmaqdan ibarətdir”.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button