Top.Mail.Ru

MANŞET

“Onunla görüşmürəm, buna layiq deyil” — Rafael Ağayev

“Hər şeyi xalq gördü. Hakimlərin qərarlarına da camaat şahidlik etdi”. “Kainat” xəbər verir ki, bu sözləri Tokio-2020 Yay Olimpiya Oyunlarında karate yarışlarında gümüş medal qazanan Rafael Ağayev deyib. 

O, Yaponiyaya qızıl medal dalınca gəldiyini bildirib: “Mən bura başqa idmançılar kimi dincəlməyə gəlməmişdim. Məqsədim birinci olmaq idi. Bəziləri turist kimi gəlir buralara, lakin mən yox”. 

Ağayev finalda uduzduğu italyan rəqibi Luici Buza ilə mükafatlandırmadan sonra görüşməməsinə toxunub: “Mən hər kəsə salam verirəm, düşmənim də olsa. Çox şeylər var ki, danışmaq istəmirəm. Bu gün uduzduğum idmançı pərdə arxasında elə hərəkətlər elədi ki…O qrupda qalırdı və mən ona yardım etdim. Vurduğum zərbəni hakimlər saysaydı, başqa cür olardı. Xal üçün 5 hakimdən 4-ü xal açmalıdır, belə də olmuşdu. Amma qərar fərqli verildi. Onunla görüşmürəm, çünki buna layiq deyil. Dünyanın bir nömrəsi özüməm”.

Loading...
Yazının davamı reklamdan sonra

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button