İrina Zaretska yarımfinalda — Fotolar+Yenilənib

Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxış edib.
“Kainat” xəbər verir ki, 61 kq-dan yuxarı çəkidə mübarizə aparan idmançı A qrupundakı ilk görüşündə yapon Ayumi Uekusa ilə qarşılaşıb.
Zaretska rəqibini 4:1 hesabı ilə məğlub edib. O, növbəti döyüşünü İtaliyanı təmsil edən Silviya Semeraroya qarşı keçirəcək.
***
Azərbaycan karateçisi İrina Zaretska növbəti görüşünü italiyalı Silviya Semeraro ilə keçirib.
Zaretska rəqibinə 3:2 hesabı ilə qalib gəlib. O, növbəti qarşılaşmasını Sofya Berultseva (Qazaxıstan) ilə keçirəcək.
***
Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü qazaxıstanlı Sofya Berultseva ilə keçirib.
Zarestka rəqibinə 4:5 hesabı ilə uduzub. O, qrupda sonuncu qarşılaşmasını Meltem Akyol Hocaoğluya (Türkiyə) qarşı keçirəcək.
***
Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında qrupda sonuncu görüşünü türkiyəli Meltem Akyol Hocaoğluya qarşı keçirib.
O, rəqibinə 4:0 hesabı ilə qalib gəlib.
İdmançımız keçirdiyi 4 qarşılaşmadan 3-də qalib gəlib və qrup lideri kimi yarımfinala yüksəlib. Bununla da, özü üçün bürünc medalı təmin edib. Bu Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarında təmin etdiyi 6-cı medaldır.




Mənbə
KAİM.AZ