Top.Mail.Ru
MANŞET

İrina Zaretska finalda — Fotolar+Yenilənib

Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxış edib. 

“Kainat” xəbər verir ki,  61 kq-dan yuxarı çəkidə mübarizə aparan idmançı A qrupundakı ilk görüşündə yapon Ayumi Uekusa ilə qarşılaşıb. 

Zaretska rəqibini 4:1 hesabı ilə məğlub edib.  O, növbəti döyüşünü İtaliyanı təmsil edən Silviya Semeraroya qarşı keçirəcək.

***

Azərbaycan karateçisi İrina Zaretska növbəti görüşünü italiyalı Silviya Semeraro ilə keçirib.

Zaretska rəqibinə 3:2 hesabı ilə qalib gəlib. O, növbəti qarşılaşmasını Sofya Berultseva (Qazaxıstan) ilə keçirəcək.

***

Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü qazaxıstanlı Sofya Berultseva ilə keçirib.

Zarestka rəqibinə 4:5 hesabı ilə uduzub. O, qrupda sonuncu qarşılaşmasını Meltem Akyol Hocaoğluya (Türkiyə) qarşı keçirəcək.

***

Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında qrupda sonuncu görüşünü türkiyəli Meltem Akyol Hocaoğluya qarşı keçirib. 

O, rəqibinə 4:0 hesabı ilə qalib gəlib.

İdmançımız keçirdiyi 4 qarşılaşmadan 3-də qalib gəlib və qrup lideri kimi yarımfinala yüksəlib. Bununla da, özü üçün bürünc medalı təmin edib. Bu Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarında təmin etdiyi 6-cı medaldır.

***

Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

“Kainat” xəbər verir ki, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançımız yarımfinal görüşündə Çin idmançısı Qon Liyə 7:2 hesabı ilə qalib gəlib.

Bununla da İ. Zaretska finala çıxıb.





Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button