Top.Mail.Ru

MANŞET

AZAL yayılan görüntülərə aydınlıq gətirdi — Video

Türkiyədən Azərbaycana gələn sərnişin təyyarəsində qorxulu anlar yaşanıb. Həmin anın görüntüləri sosial şəbəkələrdə paylaşılıb. 

“Azərbaycan Hava Yolları” (AZAL) “Kainat”nun sorğusuna cavab olaraq bildirib ki, İstanbuldan Bakıya yola düşən (J2-176 reysi) A320 təyyarəsi Türkiyə səmasında güclü hava boşluğu zonasına düşüb:

“Təyyarə yerli vaxt ilə saat 19:45-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu eniş edib. Uçuş zamanı sərnişinlərdən heç biri xəsarət almayıb.⠀

Loading...
Yazının davamı reklamdan sonra

Aviaşirkət yaranmış narahatlığa görə sözügedən reysin sərnişinlərinə öz üzrxahlığını bildirir.

Qeyd edək ki, uçuş zamanı turbulentlik normal haldır və hava gəmiləri üçün təhlükə törətmir. Belə təbii hadisə zamanı ciddi xəsarət almamaq üçün AZAL aviaşirkəti sərnişinlərə uçuş boyu kəmərləri bağlı saxlamağı, təşvişə düşməməyi və ekipajın tələblərinə əməl etməyi tövsiyə edir”.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button