MANŞET
Ucarda suyu və yolu olmayan “YAŞAYIŞ MASSİVİ”: İFLİC ŞƏRAİT İNTİHARA SÜRÜKLƏYİR – ŞİKAYƏT/VİDEO

Ucar rayon icra başçısına, Ucar rayon Suvarma Sistemləri İdarəsi və Meliorasiyaya və Su Təsərrüfatı ASC-yə müraciət edən, lakin şikayətləri barədə tədbir görülməyən Ucar rayon Bərgüşad kənd sakinləri KAİM.az-a şikayət ərizəsi ilə müraciət edərək problemin işıqlandırılmasını xaiş ediblər.
Həmin şikayəti mətndə dəyişiklik etmədən nəzərinizə çatdırırıq:
Ucar rayonu Bərgüşad kənd sakinləri tərəfindən
ŞİKAYƏT
“Biz Ucar rayon Bərgüşad kənd aşağı hissəsinin sakinləri susuzluqdan və yolsuzluqdan əziyyət çəkirik. Demək olar ki, özünü öldürmə həddindəyik. Ancaq Ucar rayon İcra Hakimiyyəti başçısı şikayətimizə baxmaq istəmir. Bərgüşad kəndinin biz yaşayan hissəsində istifadə etməyə suyumuz yoxdur. Buna görə çoxlusayda ailənin, 2000 nəfərdən çox insanın yaşadığı kənd ərazisində hamımız əziyyət çəkirik. Əkin suyu verilmədiyinə görə təsərrüfatımız məhv olub, insanlar içməli suya görə əziyyət çəkirlər.
Bu barədə Ucar rayon icra başçısına, Ucar rayon Suvarma Sistemləri İdarəsinə və Meliorasiya və Su Təsərrüfatı ASC-yə etdiyimiz şikayətlər araşdırılmadı, heç bir tədbir görmədilər.
Əkinlərimizi sulamaq üçün kəndimizin yaxınlığından keçən suyun mənbəyi olan kanalda su bol olsada bizə verilmir. Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədov suyu çəltik sahələrinə satdığına görə çoxlusayda insan susuzluqdan məhv olur. Ucar Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədov icra başçısı Mənsur Məmmədovun qardaşıdır. Onun isə marağı kapital toplamaqdır.
Əhalisinin əsas məşğulluğu kənd təsərrüfatı olan Bərgüşad kəndində əkin sahələrinə səpilən toxumlar yandı, ağaclarımız tamam quruyub, heyvanlar xəstəlik tapıb. Örüş sahələri quruyub deyə heyvandarlıq məhv olmaq üzrədir. İnsanların içməyə belə suyu yox dərəcəsindədir. Bir maşın içməli suyu bizim kəndə 150 manata gətirirlər. Buna isə susuzluqdan əkini və heyvanı olmayan zavallı kəndlinin maddi imkanı yoxdur.
Həmçinin kəndimizin biz yaşayan hissəsində yol yoxdur. Tamamilə dağılmış bərbad vəziyyətdə olan torpaq yolda qışda palçıqdan, yayda tozdan hərəkət etmək olmur. Buna görə insanlar xəstələnirlər. Sanki bizim yaşadığımız ərazi cəhənnəm vadisidir nə suyu var, nədə ki yolu.
Çünki Ucarın yarıtmaz rəhbərliyi var.
İnsanların məskunlaşdığı hər bir yaşayış yerinə ilk olaraq su və yol çəkilməlidir. Bunlar olmayanda həmin yeri yaşayış ərazisi adlandırmaq çətindir. Ağaclarımız, əkinlərimiz tamamilə quruyub məhv olub. Bizim yaşayışımızı gəlib gözləri ilə görənlər dəhşətə gəlirlər. Müasir dövrdə belə yaşayış massivinin olması biabırçılıq və qəbul edilməzdir.
Bu dəfə də şikayətimizə baxmasalar Bakı-Qazax magistral yolunu bağlayacağıq. Başqa çıxış yolumuz yoxdur.
Hörmətli Prezident, Hörmətli Mehriban xanım, cənab Zaur Mikayılov Sizdən xahiş edirik ki, şikayətimizi bizim iştirakımızla yerində araşdırıb qanuni tədbirlər görməsi üçün Ucar rayonunun Bərgüşad kəndinə nümayəndələr göndərəsiniz ki, yazdıqlarımızı gəlib gözləri ilə görüb təcili tədbirlər görsünlər.”
İmza: Ucar rayonu Bərgüşad kənd sakinləri
1. Məmmədov Kərəm Balabəy oğlu 1-ci qrup əlil – Əlaqə telefonu; (077) 484-37-52
2. Orucov Fərhad Sahib oğlu
3. Vəliyev Sahil Əlimövsüm oğlu
4. Süleymanlı Nuğay Məhəmməd oğlu
5. Garayev Qurban Murad oğlu
6. Orucov Alim Sahib oğlu
7. Məmmədov İsa Binnət oğlu
8. Süleymanov Qüdrət Abduləli oğlu
9. Süleymanov İlham Əhəd oğlu
10. Garayev Fazil Möyla oğlu
11. Məmmədov Orxan Kərəm oğlu
12. Gərayzadə Tofiq Rafiq oğlu
13. Usubov Rasif Əyyatxan oğlu
14. Nuriyev Qərib Usub oğlu
15. Beydullayev Nazir Haqverdi oğlu
16. Müslümov Bahdur Məhəmməd oğlu
17. Əhədov Abduləhəd Əhəd oğlu
18. Müslümzadə İsmayıl Aydın oğlu
19. Garaylı Samir Qurban oğlu
20. Məmmədov Sahib Möyla oğlu
21. Müslümov Cəmaləddin Məhəmmədəli oğlu
2. Orucov Fərhad Sahib oğlu
3. Vəliyev Sahil Əlimövsüm oğlu
4. Süleymanlı Nuğay Məhəmməd oğlu
5. Garayev Qurban Murad oğlu
6. Orucov Alim Sahib oğlu
7. Məmmədov İsa Binnət oğlu
8. Süleymanov Qüdrət Abduləli oğlu
9. Süleymanov İlham Əhəd oğlu
10. Garayev Fazil Möyla oğlu
11. Məmmədov Orxan Kərəm oğlu
12. Gərayzadə Tofiq Rafiq oğlu
13. Usubov Rasif Əyyatxan oğlu
14. Nuriyev Qərib Usub oğlu
15. Beydullayev Nazir Haqverdi oğlu
16. Müslümov Bahdur Məhəmməd oğlu
17. Əhədov Abduləhəd Əhəd oğlu
18. Müslümzadə İsmayıl Aydın oğlu
19. Garaylı Samir Qurban oğlu
20. Məmmədov Sahib Möyla oğlu
21. Müslümov Cəmaləddin Məhəmmədəli oğlu
22. Sadıqov Sadıq Ağamusa oğlu
KAİM.az qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırdır.