Top.Mail.Ru

MANŞET

Əri Məhəbbət Vəliyevanı məhkəməyə verdi

Bu ilin fevral ayında tutduğu vəzifədən azad olunan təhsil nazirinin sabiq müavini Məhəbbət Vəliyeva həyat yoldaşı tərəfindən məhkəməyə verilib. 

“Kainat” Qaynarinfo-ya istinadən xəbər verir ki, Namiq Vəliyevin iddiası əsasında həyat yoldaşı M.Vəliyevadan Yasamal Rayon Məhkəməsinə şikayət olunub.

Şikayətdə ər arvad arasında əmlakın bölüşdürülməsi və digər məsələlər yer alır. 

Loading...
Yazının davamı reklamdan sonra

Məhkəmə Namiq Vəliyevin şikayətini təmin edib. Bundan narazı qalan M.Vəliyeva məhkəmənin qərarından Apellyasiya Məhkəməsinə şikayət verib.

Qeyd edək ki, M.Vəliyeva bu ilin fevralında vəzifədən azad edilib. Təhsil Nazirliyi onun səhhətində yaranan problemlərə görə işdən ayrıldığını bildirsə də, yerli media Vəliyevanın hicab taxdığı üçün vəzifədən uzaqlaşdırıldığını yazmışdı.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button