Top.Mail.Ru

MANŞET

Şadlıq evləri ilə bağlı tələblər açıqlandı

Səhiyyə Nazirliyi şənlik mərasimlərinin keçirildiyi məkanlara dair tələbləri açıqlayıb. 

“Kainat” xəbər verir ki, bununla bağlı Səhiyyə nazirinin müavini, respublikanın baş dövlət sanitariya həkimi tərəfindən “Şənlik mərasimlərində koronavirus infeksiyasının (COVID-19) idarə olunmasına dair metodiki göstərişlər” təsdiq edilib. 

Sənədə əsasən, şənlik mərasimi keçirilən məkanlara dair tələblər bunlardır:

Loading...
Yazının davamı reklamdan sonra

– şənlik mərasimi keçirilən məkanların sahəsinə və müəyyən olunmuş “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair Metodiki Göstərişlər”ə uyğun olaraq hər bir zal üzrə qonaq tutumunun yenidən müəyyənləşdirilməsi, həmin tutuma və yol verilən maksimum qonaq sayına uyğun olaraq şənlik mərasiminin keçirilməsinə icazə verilməsi;

– şənlik keçirilən məkanların saat 00:00-dək fəaliyyət göstərə bilməsi;

– gigiyena və təmizlik, fiziki məsafənin qorunması və digər məsələlərlə bağlı tələbləri əks etdirən lövhələrin məkanların girişlərində və zallarda yerləşdirilməsi;

– girişlərdə, ümumişlək yerlərdə və sanitar qovşaqlarda əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlərin yerləşdirilməsi, masalarda əl üçün antiseptik məhlulların olması;

– girişlərdə müəyyən olunmuş əməkdaşlar tərəfindən qonaqların təmassız termometrlərlə hərarətinin ölçülməsi və hərarəti olan qonaqların içəri buraxılmaması;

– təmizlik və dezinfeksiya işlərinə xüsusi diqqət yetirilməsi, ümumişlək yerlərin mütəmadi təmizlənməsi, mərasimdən sonra zalların tam dezinfeksiya edilməsi və havalandırılması;

Həmçinin şənlik mərasimlərində koronavirus infeksiyasının idarə olunmasına dair metodiki göstərişlər müəyyənləşib:

– xidmət edən personalın gigiyena qaydalarına riayət etməsi, COVID-19-a xas olan əlamət(ləri) hiss edən (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) əməkdaşların işə buraxılmaması;

– xidmət edən personalın növbəli iş rejimində eyni tərkibdə fəaliyyət göstərməsi;

– şənlik mərasimi keçirilən məkanların mətbəxlərində “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair Metodiki Göstərişlər”də müəyyən olunmuş qaydalara riayət edilməsi;

– şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi etməsi.

Göstərişlərdə həmçinin qeyd olunur ki, şənlik mərasimlərində yaşı 18-dən yuxarı olan şəxslərin iştirakına yalnız COVID-19-a qarşı “peyvənd sertifikatı”na və ya COVID-19-a qarşı “immunitet sertifikatı”na (bundan sonra – COVID19 pasportu) sahib olduqları halda icazə verilməlidir. 
2021-ci il iyulun 1-dən etibarən şənlik mərasimlərinin keçirildiyi məkanlarda işçilərin azı 80 faizinin COVİD-19-a qarşı birinci doza peyvənd olunması və ya COVID19-a qarşı immunitet sertifikatına malik olması, 2021-ci il 1 avqust tarixindən etibarən isə COVİD-19 pasportunun olması; dəvətnamələr üzərində COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanın vacibliyi barədə xatırlatmanın qeyd edilməsi və ya qonaqlara müəyyən olunmuş tələblərə dair yaddaş vərəqələrinin göndərilməsi vacibdir. 

Gülnar Əliyeva

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button