Top.Mail.Ru
MANŞET

Azərbaycan Rusiyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya başsağlığı verib.

“Kainat” xəbər verir ki, bu barədə məlumat XİN-in rəsmi tvitter hesabında paylaşılıb.

“Kamçatkada Kuril gölü ərazisində göyərtəsində turistlər olan Mİ-8 helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və doğmalarına, Rusiya xalqına dərin hüznlə başsağlığı veririk”, – deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Rusiyanın Kamçatka ərazisində turistlərin olduğu helikopter düşüb.  İlkin məlumata görə, Mi-8 helikopterinin göyərtəsində 16 nəfər olub (13 turist və 3 ekipaj üzvü). 

Onlardan 8-nin həlak olduğu qeyd olunur. 

 

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button