Top.Mail.Ru

MANŞET

Hansı idmançı nə qədər qazandı?

Xəbər verdiyimiz kimi, Tokio-2020 XXXII Yay Olimpiya Oyunlarında medal qazanan idmançılarımıza dövlət tərəfindən pul mükafatları verilib. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

“Kainat”nun məlumatına görə, başa çatan Olimpiadada qızıl medalımız olmadığından, bu dəfə mükafatlar gümüş və bürünc medalçılar üçün nəzərdə tutulub.

Beləliklə, sərəncama əsasən, ikinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat, üçüncü yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat ayrılıb.

Loading...
Yazının davamı reklamdan sonra

Ancaq mükafat bununla bitmir. Belə ki, Yaponiyada medal qazanan 7 idmançımız və məşqçilərə Milli Olimpiya Komitəsi tərəfindən də mükafat veriləcək. Gümüş medal qazanlar üçün 100 min, məşqçisinə 50 min, “bürünc”ə sahib çıxanlar üçün 50 min, məşqçisinə 25 min manat nəzərdə tutulub.

Yəni, Tokioda gümüş medal qazanan idmançı ümumilikdə 300 min manata sahib çıxıb. Onu yarışa çıxaran məşqçi isə bu məbləğin 50 faizini alır – 150 min manat.

Bürünc medalçıların ümumi qazancı 150 min manat, məşqçilərinin isə mükafatı 75 min manat təşkil edir. 

Bundan başqa, Milli Olimpiya Komitəsi tərəfindən baş məşqçiyə-idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər mükafat veriləcək. Baş məşqçilər üçün ayrılmış bu məbləğ ümumilikdə 250 min manat edir.

Maraq üçün bildirək ki, Tokio Olimpiadasına 44 idmançı ilə qatılan komandamız dördilliyin zirvə yarışını 3 gümüş və 4 bürünc medalla başa vurub. Gümüş medalların 2-si karate, 1-i güləş, bürünc mükafatlardan isə 2-si güləş, 1-i cüdo, 1-i boks yarışlarında qazanılıb.

Gümüş medal qazanan idmançılarımız və mükafatları:

Rafael Ağayev (kumite, 75) – 300 min manat, məşqçisi 150 min manat

Hacı Əliyev (Sərbəst güləş) – 300 min manat, məşqçisi 150 min manat

İrina Zaretska (kumite, +61 kq) – 300 min manat, məşqçisi 150 min manat

Bürünc medal qazanan idmançılarımız və mükafatları:

Rafiq Hüseynov (Yunan-Roma güləşi, 77 kq) – 150 min manat, məşqçisi 75 min

Mariya Stadnik (Sərbəst güləş, 50 kq) – 150 min manat, məşqçisi 75 min

İrina Kindzerska (cüdo, +78 kq) – 150 min manat, məşqçisi 75 min

Alfonso Domingez (boks, 81 kq)- 150 min manat, məşqçisi 75 min

Qeyd edək ki, ümumilikdə 1 milyon 500 min manat gümüş medalçılar və məşqçiləri, baş məşqçiləri üçün nəzərdə tutulubsa, 4 bürünc medal qazanan idmançı və məşqçilər və baş məşqçiləri üçün ayrılan mükafat fondu 1 milyon manatdır. Yəni, 7 medala dövlət tərəfindən verilən mükafatın ümümi məbləği 2 milyon 500 min manatdır.

Xatırladaq ki, komandamız medalların sayına görə 31-ci, əyarına görə isə 67-ci sırada qərarlaşıb.

Emin Səfərov

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button