Top.Mail.Ru

MANŞET

“Dövlət məmurunun AZAL-la bağlı dedikləri aydın səmada göy gurultusu yaratmalıdır”

Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev aviabiletlərin qiymətləri ilə bağlı açıqlamasına münasibət bildirib.

“Kainat” xəbər verir ki, o, bununla bağlı feysbuk səhifəsində paylaşım edib

“Ötən gün Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev aviabiletlərin qiymətlərinin endirilməsi və rəqabətli mühitin inkişafı üçün aşağıbüdcəli aviaşirkətlərin ölkəyə dəvət edilməsi ilə bağlı AZAL rəhbərliyinə müraciət edib.

Loading...
Yazının davamı reklamdan sonra

Fuad müəllim haqlı olaraq ASAN Visa sisteminin, yüksək servisli və ucuz hotellərin, görməli və istirahət etməli yerlərin, inkişaf etmiş infrastrukturun turizm üçün yetərli olmadığını diqqətə çatdırıb.

Aidiyyəti dövlət qurumunun rəhbərinin belə bir müraciəti, əslində, aydın səmada göy gurultusu effekti yaratmalıdır. Amma hələlik reaksiyalar yoxdur.

Pandemiya səbəbindən vətəndaşlar xaricə daha ucuz uçuşlar üçün Kutaisi və Tbilisiyə də gedə bilmirlər.

Görünür, AZAL da vətəndaşlarımızın nəinki aşağıbüdcəli aviaşirkətlərə əlçatanlığının olmaması, həmçinin, ənənəvi Gürcüstandan uçuş üçün seçim imkanlarının olmadığının fərqindədir. Odur ki, qiymətlər də od tutub yanır”, – o bildirib.

Qeyd edək ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev aviabiletlərin qiymətinin yüksək olması ilə bağlı sualları cavablandırarkən bildirib ki, təkliflər göndəriblər, rəqabət olmasa, qiymət həmişə yüksək olacaq. O əlavə edib ki, digər ölkələrdən aviaşirkətləri cəlb etməyə çalışmalıyıq.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button