Top.Mail.Ru

MANŞET

Bu gün kanalda boğulub ölən Poladın 10 gün əvvəl BİR YAŞI OLUB…

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Biləsuvarda ana azyaşlı körpəsini və özünü kanala atıb. Nəticədə körpə həyatını itirib.

“Kainat” məsələ ilə bağlı bəzi təfərrüatı öyrənib.

Belə ki, hadisə bu gün səhər 07:00 radələrində baş verib.

Loading...
Yazının davamı reklamdan sonra

Uşağın anası, 1991-ci il təvəllüdlü Gülər İmanzadə Nəsimikənd kəndindəndir. O, İsmətli kəndinin sakini, 1994-cü il təvəllüdlü Nəzərli Hökuməli Əli oğlu ilə ailə həyatı qurub.

Kanalda boğularaq ölən Polad onların nikahından olan tək övladdır. Avqustun 3-də bir yaşı tamam olub.

Gülərin qayınatasının sözlərinə görə, atasıgildə qonaq olan gəlini dünən evə gəlib.

Xatırladaq ki, Qaynarinfo-nun məlumatına görə, Gülər İmanzadə ailədə davamlı zorakılıq görüb. Dünən gecə də evdə döyülən gəlin yaxınlıqda su tapmadığından kəndin girişində, qəbiristanlığın yanından axan kanala qədər gedib, orada bir az sulu yer tapıb və özüylə birgə övladını kanala atıb. Ancaq kəndin kanalında uzun müddətdən bəri su olmadığından qadına heç nə olmayıb, yosunların arasında itən uşaq isə boğulub.

Qeyd edək ki, faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Ana şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button