Top.Mail.Ru

MANŞET

Qarabağ əlilini ölüm ilə üz-üzə qoyan AĞDAM İCRA HAKİMİYYƏTİ – Şəkər xəstəsindən NƏ İSTƏYİRLƏR? / ŞİKAYƏT

Qarabağ müharibəsi iştirakçılarının problemləri uzun illərdir ki, Azərbaycan mətbuatının gündəmini zəbt edib.

Birinci Qarabağ müharibəsindən sonra Vətən uğrunda canını ortaya qoyan qəhrəmanlarımızın bəzi vəzifəli şəxslər tərəfindən düzgün qiymətləndirilməməsi bədbəxtliyi sanki kreslolar vasitəsilə irsi keçərək İkinci Qarabağ müharibəsindən sonra da özünü göstərdi. Daxil olan şikayətlər əsasında bir çox şəhid ailələrinin, veteran və qazilərin harayını saytımızda işıqlandırdıq. Vəzifə məsuliyyətinin gec də olsa fərqinə varan şəxslər də oldu, şikayətləri saya salmayanda… Bu hər halda, həmin şəxslərin mənəvi duyğularının özünü büruzə verəcək qədər böyük olub-olmamasından irəli gəlir…

Təəssüf ki, Ağdam rayonunun da bir çox kəndlərində qazilərə, veteranlara, şəhid ailələrinə qarşı sayğısızlıq və özbaşınalıqdan qaynaqlanan vəzifə səlahiyyətlərinin yerinə yetirilməməsi kütləvi hal alıb.

Loading...
Yazının davamı reklamdan sonra

Bu barədə KAİM.az-a Ağdam rayonunun Çəmənli kənd sakini Qarabağ müharibəsinin 1-ci qrup əlili Hüseynov Habil Cəmil oğlu şikayət ərizəsi yazaraq məlumat verib.

Şikayətçinin sözlərinə görə, o, Ağdam rayonunun Çəmənli kəndində 1975-ci ildə tikilmiş ata evində yaşayır. Evin çox köhnə olması səbəbindən otaqlarda olan əlverişsiz şərait, damın gündən-günə daha bərbad hala düşməsi və s. səbəblərdən hazırda içəridə yaşamaq qeyri-mümkündür. Habil Hüseynov deyir ki, dəfələrlə Ağdam rayon İcra Hakimiyyəti başçısı Vaqif Həsənova müraciət etsə də, bu heç bir işə yaramayıb. Problemin həll olunması əvəzinə dondurulması, ertələnməsi, yaxud şikayəyçinin susması üçün ona içiboş vədlərin verilməsi cəmiyyətdə xoşagəlməz hal olaraq qarşılanır. Bu barədə, digər rayon təşkilatlarına üz tutan şikayətçi Habil Hüseynovun sözlərinə görə, problemini həll edəcək bir nəfər tapa bilməyib ki, tapa bilməyib.

Şikayətçi verdiyi məlumatda həmçinin şəkər xəstəsi olduğunu bildirib. Sağlamlığının qorunması üçün Ağdam rayonu Səhiyyə Şöbəsinə müraciət etsə də ənənəvi hal olaraq, loru dildə desək, ona “can yandıran” olmayıb. Sadə bir dializ tabletkası ilə təəssüf ki, başdan edilib.

Qarabağ müharibəsi əlili onu da qeyd edir ki, ona qarşı edilən hörmətsizliklərin və haqsızlıqların kökündə duran əsas şəxs yaşadığı Çəmənli kəndinin nümayəndəsi Oktay adlı şəxsdir. Habil Hüseynov barədə Ağdam İcra Hakimiyyəti başçısı Vaqif Həsənova yalan-yalnış məlumatlar verən icra nümayəndəsi Oktay problemlərin məğzində məsul şəxsləri aldadır. Oktayın hətta bir çox şəxslərdən rüşvət alaraq problemlərinin həll olunacağını vəd verdiyi iddia edilir. Kəndə gələn komissiya yoxlamalarını isə hər dəfə bir “ballı” bəhanə ilə aldadaraq yola salır.

Şikayətçi Habil Hüseynovun istəyi isə özünə yaşayış şəraitinin yetərli olduğu bir həyətyanı evin tikilməsində köməyin edilməsidir.

Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button