Top.Mail.Ru

MANŞET

“Taliban” Əfqanıstanın bütün ərazisini ələ keçirdi — YENİLƏNİB

Əfqanıstanın Xost şəhəri radikal “Taliban” hərəkatının nəzarəti altına keçib.  

KAİM.az xəbər verir ki, bu barədə hərəkatın rəsmi nümayəndəsi Zabihullah Mücahid tvitter səhifəsində bildirib.

“Xost əyalətinin paytaxtı Xost şəhəri nəzarətimiz altına keçdi. Bir müddət əvvəl əyalətin qubernatoru, polis rəisi, kəşfiyyat xidməti və digər idarə orqanları tamamilə ələ keçirildi”, – paylaşımda deyilir.

Loading...
Yazının davamı reklamdan sonra

Həmçinin qeyd olunur ki, hakimiyyət qüvvələri böyük itki verib, öz mövqelərini tərk edib, silah-sursatı atıb qaçıblar.

Daha əvvəl “Taliban” Mahmudraki və Bamian şəhərlərinin nəzarətləri altına keçdiyini elan edib.

***

Radikal “Taliban” hərəkatı Əfqanıstanın bütün ərazisində vəziyyətə nəzarəti ələ aldığını elan edib.

“Ölkənin paytaxtında hərbi əməliyyatlar aparılmır, hərəkat bütün Əfqanıstana nəzarət edir”, – “Taliban”ın bəyanatında deyilir.

“Taliban”, həmçinin Əfqanıstanın Bəhram bazasını nəzarət altına alıb.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button