Top.Mail.Ru

MANŞET

“Prezident lazımi xəbərdarlıqlarını etdi”

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “CNN Türk” telekanalına müsahibəsində Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazidə yaşayan ermənilərdən də danışıb. Dövlət başçısı həmin şəxsləri “yolunu azmış Azərbaycan vətəndaşları” adlandıraraq vurğulayıb ki, onların sayı o qədər də çox deyil:

“Dəqiq məlumata görə, 25 minin altındadır. Əlbəttə ki, onlar da Azərbaycan cəmiyyətinə inteqrə olunmalıdır. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir və burada bir çox xalqlar yaşayır, bir ailə kimi yaşayır, o cümlədən ermənilər də yaşayır. Bu gün Bakıda erməni də var.”

Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Kainat” ya açıqlamasında Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazidə yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiya edilməsi prosesinə münasibət bildirib. O qeyd edib ki, həmin ərazilərdə yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiya olunması üçün ilk növbədə, Xankəndində və onun ətrafında yaşayan ermənilərin içərisində xüsusi yer tutan və onları istiqamətləndirən faşist düşüncəli terrorist tör-töküntülər ləğv edilib sıradan çıxarılmalıdır:

Loading...
Yazının davamı reklamdan sonra

“Çünki bunun başqa alternativ yolu görünmür. Hesab edirəm ki, Azərbaycan tərəfindən deyilənlərə əməl edilməsə ölkəmizin tamamilə haqqı çatır ki, antiterror əməliyyatlarını aparsın və Ermənistanın Azərbaycanda olan silahlı qüvvələrinin tör-töküntülərini darmadağın etsin. Bundan sonra orada yaşayan ermənilər həqiqətən Azərbaycanın vətəndaşlığını qəbul edib bizim cəmiyyətə inteqrasiya etmək arzu və istəyini ortaya qoyarsa, onların bu niyyətlərini qəbul etmək olar və ölkə vətəndaş kimi yaşaya bilərlər. 

Əslində isə ermənilərin Azərbaycan ərazisində yaşamasının perspektivini mən görmürəm. Onlar gec-tez bir nəfər kimi torpaqlarımızdan çıxıb gedəcəklər. Çünki erməni xalqı zəhərlənmiş xalqdır. Onlar türkfobiya düşüncələri ilə zəhərləniblər və onları sağaltmaq mümkün deyil. Oradakı seperatçılar, faşist düşüncəli qatillər təmizlənməyincə o cəmiyyətin Azərbaycana inteqrasiyası çətin olacaq”.

F. Ağamalının sözlərinə görə, sülhməramlılar isə sülh yaratmaq əvəzinə əslində müharibə ocağını formalaşdırır: “Bir tərəfdən Laçın dəhlizindən Ermənistana gedən silahlı qüvvələr işğaldan azad olunmuş ərazilərimizə Xankəndinin ətrafına gətirilir. Başqa bir tərəfdən imzalanmış bəyannamənin 4-cü bəndinin yerinə yetirilməməsi nəticəsində ərazilərimizdə qalan tör-töküntü Ermənistan silahlı qüvvələri Rusiya tərəfindən stimullaşdırılır. İran tərəfindən onlara ciddi köməkliklər göstərilir. Bu, kifayət qədər təhlükəli vəziyyətdir. Azərbaycan dövləti bütün bunların fövqündədir. Ona görə cənab Prezident müsahibəsində də bütün bunların üzərində dayandı və lazımi xəbərdarlıqlarını etdi”.

Günel Türksoy 

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button