Top.Mail.Ru

MANŞET

Kabildən havaya qalxan təyyarədə dəhşətli görüntü — Video

Əfqanıstan paytaxtı Kabildən havaya qalxan təyyarədən iki nəfər yerə çırpılıb.

“Kainat” xəbər verir ki, bunu hadisə şahidlərinin lentə aldığı videolardan görmək mümkündür. Videolarda əfqanların ABŞ təyyarəsinə minmək üçün uçuş zolağına toplaşdıqları və təyyarə boyunca qaçdıqları aydın görünür.

İlkin məlumata görə, həmin şəxslər təyyarənin kənar hissələrindən yapışaraq ölkəni tərk etmək istəyənlər olub. Hazırda qurbanların dəqiq sayı bilinmir.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, “Taliban” radikal hərəkatı Əfqanıstanın bütün ərazisinə vəziyyətə nəzarəti ələ keçirdikdən sonra vətəndaşlar ölkəni tərk etməyə cəhd edirlər.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button