Top.Mail.Ru

MANŞET

Türkiyədən qayıdan FHN-çilər Bakıda belə qarşılandı — Fotolar

Türkiyədə meşə yanğınlarının söndürülməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığına əsasən qardaş ölkəyə ezam olunan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələrinin bir qrupu Azərbaycana qayıdıb.

“Kainat” xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin 165 nəfərlik şəxsi heyətini daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Növbəti qrupun isə bu gecə saatlarında ölkəmizə dönəcəyi bildirilir. Şəxsi heyətin quru yolla qayıdan hissəsi də texnikalarla birlikdə yola çıxıb. 

Xatırladaq ki, Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsində FHN-in 743 əməkdaşı yüksək fədakarlıq göstərib. Bundan başqa, 97 texnika, o cümlədən 77 yanğınsöndürmə, 6 nasos avtomobili, 1 yanacaqdoldurma çəni, 4 qərargah avtomaşını, 2 avtobus və 1 pikap, eləcə də köməkçi texniki vasitələr, “BE-200ÇS” tipli amfibiya təyyarəsi və 1 helikopter Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb edilmişdi.

Loading...
Yazının davamı reklamdan sonra

Fotolar: Nuran Məmmədov


















Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button