Top.Mail.Ru

MANŞET

İlham Əliyevdən dünya dövlətlərinə AÇIQ MESAJ – Söz sahibi AZƏRBAYCANDIR!

Moskvada Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərindən ibarət kommunikasiyanın bərpası üzrə üçtərəfli işçi qrupunun görüşü keçirilib: bu, may ayında sərhəddə başlanan qarşıdurmadan sonra keçirilən ilk görüşdür.

İrəvan dövlət sərhədinin bərpasına etiraz edərək, işçi qrupunun fəaliyyətini birtərəfli dayandırmış və “sərhəd məsələsi həll olunmadan, bərpa etməyəcəyini” bildirmişdi. Seçkidən sonra işçi qrupunun bərpa edilməsi ilə bağlı müəyyən mesajlar verildi, nəhayət, avqustun 12-də Paşinyan razı olduqlarını açıqladı.

Üçtərəfi razılaşmalarda kommunikasiyanın bərpası Moskva üçün xüsusilə prioritetdir, bu baxımdan, ruslar yolların açılması istiqamətdə səylə işləyir. Hərçənd, burada bir vacib detal var: kommunikasiyaların açılması üçün sərhədlərin delimitasiyası lazımdır;

Loading...
Yazının davamı reklamdan sonra

İşçi qrupunun fəaliyyətə başlaması sərhədin delimitasiyasının rəsmiləşməsi istiqamətində də proseslərin getdiyi, yaxud, bununla bağlı konkret razılığın olduğu deməkdir. Və İrəvanın “Azərbaycan ordusu tutduğu mövqelərdən geri çəkilməlidir” sözləri ritorikadan başqa bir şey deyil.

İlham Əliyevin Kəlbəcərə səfərində səsləndirdiyi fikirlər də Bakının dövlət sərhədini tam, yaxud böyük bir qismini bərpa etdiyi, hazırda möhkəmlənmə işinin aparıldığı nəticəsini çıxarmağa imkan verir. Və Əliyev açıq şəkildə bəyan etdi ki, heç bir geri çəkilmə olmayacaq, sərhəddə söz sahibi Azərbaycandır.

Asif Nərimanlı

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button