Top.Mail.Ru

MANŞET

“Azərbaycanın mehriban siması” kitabının gürcü dilində təqdimatı olub — Video

Gürcüstanın Tbilisi şəhərində siyasi elmlər doktoru, professor Vaqif Abdullayevin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya həsr etdiyi “Azərbaycanın mehriban Siması” adlı kitabının gürcü dilində təqdimatı keçirilib.

“Kainat”nun məlumatına görə, təqdimatdan öncə Gürcüstanda Heydər Əliyevin abidəsi ziyarət edilib. Tədbirdə Gürcüstan Milli Elmlər Akademiyasının prezidenti Giorgi Kvesitadze, Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti Roin Metreveli, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, akademik Nizami Cəfərov və bir çox elm adamları iştirak edib.

Gürcüstan Milli Elmlər Akademiyasının prezidenti Giorgi Kvesitadze çıxışında Azərbaycan və Gürcüstanın ölkələrarası münasibətlərindən də bəhs edib. O bildirib ki, iki ölkə arasındakı münasibət hər zaman yaxşı olub: “Bizim ölkələr arasında münasibət bu gün də inkişaf edir. Yaranmış Türkiyə, Azərbaycan və Gürcüstan üçbucağı çox böyük bir hadisədir. Əminliklə deyə bilərəm ki, Mehriban Əliyeva yalnız Azərbaycanın deyil, o cümlədən bütün Qafqazın mehriban simasıdır”.

Loading...
Yazının davamı reklamdan sonra

Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti Roin Metreveli Tbilisidə belə bir kitab nəşr edilməyini çox böyük hadisə adlandırıb: “Mən kitabı əlimə alan kimi gördüm ki, çox nəfis şəkildə çap edilib”.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev qeyd edib ki, ölkələrimiz bütün sahələrdə sıx əməkdaşlıq edir: “Kitabın təqdimatının məhz burada keçirilməsi də sıx əməkdaşlığın bariz nümunəsidir”.

Daha sonra tədbirdə akademik Nizami Cəfərov, M. F. Axundov adına Mədəniyyət Mərkəzinin direktoru Leyla Əliyeva, sabiq deputat, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə, politoloq Gia Mamaladze çıxış edib.

Sonda Mehriban Əliyevanın təşəbbüsü ilə Gürcüstanda mədəniyyət, təhsil sahəsində böyük uğurlu layihələrin həyata keçirildiyi qeyd edilib.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button