Top.Mail.Ru

MANŞET

Yevlaxda vəzifəli şəxslərin TORPAQ TİCARƏTİ: ARIÇILARIN LAYİHƏSİNƏ ZƏRBƏ – ŞİKAYƏT

Azərbaycanın yüksək sürətli inkişafı və digər inkişaf etməkdə olan dövlətlərlə yarışında layiqli yer tutmaq uğrunda mübarizəsi davam edir. Ölkə başçısı İlham Əliyevin bu barədə apardığı qətiyyətli islahatlar, ayrılan külli-miqdarda vəsaitlər prezidentin xalqın rifahı naminə hərəkətdə olduğunun başlıca göstəricisidir. Təməlin sadəcə neft-qaz hasilatı üzərində qurulmasının qarşısını almaq üçün kənd təsərrüfatının tərəqqisi və azad sahibkarların xüsusi qayğı ilə həvəsləndirilməsi də ölkə iqtisadiyyatının prioritet məqsədlərindən biridir.

Lakin, xalqın mənafeyinə görə ayrılan vəsaitlərin mənimsənilməsi, bir çox sahələrin acgöz məmurlar tərəfindən özəlləşdirilməsi prosesi hələ də davam edir. Nəticədə ortaya həvəsdən düşmüş, qüruru incidilmiş və məmur özbaşınalığının qurbanına çevrilmiş sahibkarlar çıxır.

Dəfələrlə zərərçəkşiş sahibkarlar redaksiyamıza müraciət edərək haqq səsinin duyulmasına nail olmuş və şikayətləri məsul idarələr tərəfindən təmin edilmişdir. Bu dəfəki qanunsuzluq və məmur özbaşınalığı halına arıçılıq sahəsində rast gəlinib.

Loading...
Yazının davamı reklamdan sonra

Bu barədə KAİM.az-a Yevlax rayon Malbinəsi kənd sakini Mahmudov Sərvər Mahir oğlu yazılı şikayət ərizəsi ilə müraciət edərək məlumat verib.

Arıçı Sərvər Mahmudov 2019-cu ildə Azərbaycan Dövlət Aqrar Universitetinin dəstəyi ilə PULS-R şirkəti tərəfindən təşkil edilən “Şirin Qızıl” lahiyəsi çərçivəsində “Arıçılıq Akademiyası” təlimlərində iştirak etmiş ve arıçılıq üzrə sertifikatla təltif olunmuşdur.

Sərvər Mahmudov cins ana arıların sayının artırılması sahəsində bacarıqlarını təkmilləşdirmiş və gənc nəslin bacarıqlı nümayəndələrini də bu sahəyə yönləndirməyi bacarmışdır.

Peşə fəaliyyətinin təkmil formada olması PULS-R şirkəti tərəfindən yüksək qiymətləndirilmiş və Azərbaycanda az sayda olan, adları Qırmızı kitaba salınmış Evodiya (arıçılıq üçün çox əlverişlidir və iyul, avqust, sentyabr aylarının ortalarına kimi çiçək açır. Nektar verimi olduqca yüksəkdir. 1 hektar Evodiyanın verdiyi nektar 20 hektar cökə ağacının verdiyi nektara bərabərdir.), Amerikan ağcaqayın (arı sürfələrinin yetişdirilməsini təmin etməkdən və yüksək miqdarda çiçək tozu verməsindən elavə bir amerikan ağcaqayın ağacı bir günde 28 nəfər insanın günlük ehtiyacı qədər oksigen istehsal edir) Pauloniya (kənd təsərrüfatında, ekoloji lahiyələrdə, dekorativ bəzəmələrdə, yararsız torpaqların qısa zamanda əlverişli torpaqlara çevrilməsi zamanı istifadə olunur. Havadan gündəlik 22 kq karbondioksid udur və 3 kq oksigen nəql edir. Sürətli böyüdüyü üçün meşə örtüyünün bərpası, su balansının qorunması kimi funksiyaları da vardır. Sututumlu olduğuna görə digər bitkilər üçün su mənbəyidir. 700-800 kq bal götürmək imkanı sahibkarlara ve pauloniya sahiblərinə yetəri qədər imkan deməkdir), Alkasiya növləri, İlğın, İydə və s. kimi nektar verimli ağac sortları arıçı Sərvər Mahmudova verilmişdir. Hazırda bacarıqlı arıçı həmin ağaclara ev şəraitində qulluq edir.

Beləki, Sərvər Mahmudov və onun yanında fəaliyyət göstərən digər arıçı şəxslər həmin ağaclardan istifadə edib meşə zolağı yaradaraq təbiəti gözəlləşdirmək, arıçılığın inkişafı üçün çalışmaq, gənc nəslin zərərli təsirlərdən qorunmasını təmin etmək və bu istiqamətə yönəltmək niyyətindədirlər.

Lakin, ali məqsədin yolunda onlar pis sürprizlə qarşılaşıb.

Məlumata görə, Malbinəsi kəndində 40 hektara yaxın bələdiyyə torpağı kənd nümayəndə sədri Muxtarov Qalib Vahid oğlu və bələdiyyə sədri Əli Əlizadə tərəfindən vətəndaşlara satılıb. Hazırda Mahmudov Sərvər Qırmızı kitaba salınmış ağac sortlarının artırılaraq yayılması, arıçılıq sahəsinin yüksək templi inkişafı üçün ona Malbinəsi kəndində 3 hektar torpaq sahəsinin ayrılmasını xahiş edir. Şikayətçi bu barədə dəfələrlə prezidentə müraciət etmək istəsə də, məktubları Yevlax Rayon Mərkəzi Poçtunda “itirilib”.

Sərvər Mahmudov “Prezident İlham Əliyev arıçılıq, baramaçılıq və pambıqçılıq sahəsinin inkişafına xüsusi önəm verir. Bunu hər kəs bilir. Lakin adını sadaladığım vəzifəli şəxslər bizlərə bu sahələri inkişaf etdirmək üçün imkan vermirlər. Fikirləşdiyimiz ideyaları həyata keçirməyə qoymurlar.”-deyə yazdığı şikayət ərizəsində qeyd edib.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button