Top.Mail.Ru

MANŞET

Qubada dəhşətli qəzada ölənlərin kimlikləri bilindi — Foto

Xəbər verdiyimiz kimi, Quba rayonunda beş nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Kainat” xəbər verir ki, bu gün saat 07:00 radələrində Quba şəhər sakini 24.08.1994-cü il təvəllüdlü  Süleymanov Nəriman Bahadır oğlu idarə etdiyi “Mercedes-Benz” markalı, 10-TS-922 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Quba rayonu Zərdabi kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişinlər – Quba şəhər sakini 08.03.1990-cı il təvəllüdlü Əkbərov Məmmədhəsən Məmmədəli oğlu, Gəncə şəhər sakinləri 24.07.1996-cı il təvəllüdlü Qasımova Şəfa Bəhlul qızı, 20.07.1981-ci il təvəllüdlü Cəfərova Kəmalə Nazim qızı və Şəmkir şəhər sakini 21.12.1979-cu il təvəllüdlü Həsənova Larisa Ramiz qızı vəfat ediblər.

Loading...
Yazının davamı reklamdan sonra

Faktla bağlı araşdırma aparılır.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button