Top.Mail.Ru

bannerMANŞET

Yaşasın Türk Cümhuriyyəti, var olsun Türk Milləti! – Bayramın mübarək Türkiyəm!!!

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün ən böyük bayram adlandırdığı Cümhuriyyət günü necə qazanıldı?

Osmanlı imperiyasının Birinci Dünya Müharibəsindən məğlub olaraq ayrılması ilə dövlətin bütövlüyü təhlükə altında qalmışdı. 1914-cü ildə başlayıb dörd il davam edən müharibə Osmanlı imperiyasının daxil olduğu Antanta ittifaqının məğlubiyyəti ilə nəticələndi. Böyük Osmanlı İmperiyası yunanlar, ingilislər, fransızlar, italyanlar tərəfindən parçalanma ərəfəsində idi. Atatürk 1919-cu ildə Ərzurum, Sivas şəhərlərinə gələrək burada keçirdiyi konqreslərdə xalqa tək yolun suverənlik, millətin öz gücünə inanaraq ölkəni xilas edəcəyini söyləyirdi. Belə bir vəziyyətdə türk xalqı dövlətçiliyi qorumaq üçün ayağa qalxdı. 1920-ci ildən işğalçı qüvvələr ölkəni ələ keçirməyə çalışırdı. Xalq “Rədd olsun işğalçılar” şüarı ilə nümayişə başladı. 1921-ci ildə yunanların İnönü kəndində məğlub olması ilə Türkiyə milli azadlıq hərəkatında dönüş nöqtəsi oldu. Sakaryada türk ordusunun qələbəsi ardından Mustafa Kamala “Qazi” adı verildi.

1923-cü il sentyabrın 9-da Atatürk Cümhuriyyət Xalq Partiyasını yaratdı. Partiyanın qərarına əsasən Ankara şəhəri Türkiyənin yeni paytaxtı seçildi. Mustafa Kamal Atatürk oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi adından Türkiyəni Cümhuriyyət elan etdi. Yeni Anayasa qəbul edildi. Atatürk Türkiyə Cümhuriyyətinin ilk prezidenti seçildi. Cümhuriyyətin elanı “Yaşasın Cümhuriyyət” səsləri və alqışlarla qarşılandı. Türkiyə Cümhuriyyət başqanı kimi kürsüyə çıxan Mustafa Kamal Atatürk məclisə xitab edərək bu fikirləri səsləndirdi: “Əfəndilər, əsrlərdən bəri Şərqdə haqsızlığa və zülmə məruz qalan millətimiz yüksək qabiliyyətlərdən məhrum zənn edilirdi. Son illərdə millətimizin göstərdiyi qabiliyyət , qavrayış, mübarizə türk xalqı haqqında mənfi düşünənlərə sübut oldu. Türkiyə Cümhuriyyəti, dünya dövlətləri arasında layiqli yer tutaraq özünü isbat edəcəkdir. Mənə göstərdiyiniz bu güvənə layiq olmaqdan başqa bir ricam var. O rica şəxsimə göstərdiyiniz güvən və dəstəyin davam etməsidir. Ancaq bunun və Tanrının yardımı ilə mənə verilən görəvləri yerinə yetirəcəyimə ümidliyəm. Daima millətin sevgi və güvəninə dayanaraq irəli gedəcəyik. Türkiyə Cümhuriyyəti məsud və müzəffər olacaqdır”

Loading...
Yazının davamı reklamdan sonra

İsmət İnönü oktyabrın 30-da ilk cümhuriyyət hökümətinin təşkili haqda qərar verdi. Yeni yaradılmış hökümətin qarşısında bir çox ciddi öhdəliklər dayanmışdı. Ölkədə sabitliyi qorumaq, iqtisadi islahatlar keçirmək. Yeni cümhuriyyət, yeni dövlət şüarı ilə yeni nizamnamələr qəbul edildi.

1924-cü ilin martın 3-də TBMM xəlifəliyin ləğvi və Osmanlı sülaləsinin ölkə xaricinə göndərilməsi ilə bağlı qərar verdi.TBMM qəbul etdiyi 429 və 430 saylı qərarla Şəriət işləri üzrə məhkəmələr ləğv edilməsi ilə din dövlətdən ayrıldı. 1924-cü ildə Osmanlı İmperiyasına məxsus sancaqlıqlar ləğv edilərək, vilayət adlandırıldı. 1925-ci ilin 30 noyabrında dini evlərin bağlanılması qərarı verildi. Atatürkün rəhbərliyi ilə başladılan islahatlar islamçı qruplar tərəfindən tənqid olunmağa başladı. Türkiyə Cümhuriyyət elan edildikdən sonra ölkə iqtisadiyyatının inkişafı Atatürkün qarşıya qoyduğu ən böyük vəzifələrdən biri idi. 1923-cü ilin fevralında Atatürkün İzmir konqresində çıxışında Türkiyəni varlılar ölkəsinə çevirmək fikrini irəli sürmüşdü. Atarürkün başlatdığı dövlətin əsaslarını təşkil edən etatizm ideyası xarici siyasəti də əhatə edirdi. Türkiyənin əsas məqsədi dünyəvi dövlət kimi tanınmaq idi. Atatürk xarici siyasəti prinsipləri “gerçəklik, hüquqa bağlılıq, yurdda sülh cahanda sülh” anlayışları idi. Atatürkün rəhbərliyi məqsədyönlü şəkildə aparılan xarici siyasət nəticəsində Türkiyə Cümhuriyyəti Avropa dövlətləri ilə 20-yə yaxın siyasi anlaşmaya imza atıldı.

Cümhuriyyətin elanı ilə türk cəmiyyətində əsaslı islahatlar həyata keçirilir. Qadınlara seçki hüququ verilir. Ənənəvi geyimlərin geyinilməsi qadağan olunur. Hüquq sisteminə keçid, ailə nikahının bağlanması, Qreqorian təqvimi, bazar gününün istirahət günü elan olunması tətbiq olunur. Din hökumətdən ayrılır, ərəb əlifbası ləğv edilərək latın əlifbası tətbiq olunur. Bütün vətəndaşlar soyadı daşımağa başlayır və Mustafa Kamala parlament Atatürk (Türklərin atası) soyadını verilir.

Beləki, Mustafa Kamal Atatürk 1923 -cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi adından Türkiyə Cümhuriyyəti elan etdi. Yeni Anayasa qəbul edildi. Atatürk Türkiyə Cümhuriyyətinin ilk prezidenti seçildi.

Türkiyənin bu günkü bayramı dünyaya səpələnmiş türklər tərəfindən də təntənəli şəkildə bayram edilir.Türkiyə Cümhuriyyətinin bu müqəddəs bayramı Türk dünyasının liderləri tərəfindən də təbriklərlə qeyd edilib.  Eləcədə də iki dövlət bir millət olan qanı, canı bir Azərbaycan da bu kutlu bayramı sevə-sevə qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyev qardaşı Ərdaoğanı bayram münasibəti ilə təbrik edib, həmişə oduğu kimi hər zaman qardaşlarının yanında olduğunu bildirib.

Yaşasın Türk Cümhuriyyəti, var olsun Türk Milləti!

Bayramın mübarək Türkiyəm!!!

 

Şəbnəm Zahir

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button