Top.Mail.Ru
MANŞET

Paşinyandan Azərbaycan əsgərinin bıçaqlanması ilə bağlı ŞOK AÇIQLAMA

Ermənistanın baş naziri hökumətin bu keçirilən iclasında Gorus-Qafan yolundakı vəziyyətlə bağlı danışıb.

KAİM.az-ın məlumatına görə, N.Paşinyan deyib ki, Zəngəzurda yeni infrastrukturun formalaşdırılması üzrə işlər davam etdiriləcək.

N.Paşinyan yolla bağlı məsələyə toxunaraq, bu vəziyyətin gözlənilməz olmadığını xatırladıb.

Onun sözlərinə görə, Azərbaycan tərəfi vəziyyəti Dövlət Sərhəd Xidməti hərbçisinin bıçaqlanması hadisəsi ilə əlaqələndirir.

“Bizim ilkin araşdırmalarımız göstərdi ki, erməni tərəfinin iddia edilən hadisə ilə heç bir əlaqəsi yoxdur. Biz həmçinin bildirmişik ki, əgər Azərbaycan tərəfinin konkret informasiyası varsa, onu bizə təqdim etməsi arzuolunandır. Biz həmçinin Ermənistan, Rusiya və Azərbaycan nümayəndələrinin iştirakı ilə birgə araşdırmaya hazırıq”, – deyə o bildirib.

“Eyvazlı və Çayzəmi hissəsində yolun açılması regional sabitliyin çox yaxşı simvolu ola bilər. İstənilən halda biz icmalararası və respublika əhəmiyyətli yolların yenidən qurulmasını proqramını, xüsusilə Zəngəzur vilayətində mütləq reallaşdırmalıyıq. Tatev-Ağvan yolunun rekonstruksiyası ilin sonunadək başa çatdırılmalıdır”, – deyə Nikol Paşinyan qeyd edib./teleqraf/

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button