
Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan və Robert Köçəryanın Dağlıq Qarabağdakı vəziyyətlə bağlı danışıqlar aparmaq üçün Moskvaya səfərinə icazə verdi.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərə Nikol Paşinyanın mətbuat katibi Mane Gevorqyan deyib.
Onun sözlərinə görə, Qarabağ separatçılarının keçmiş liderləri Arkadi Qukasyan və Bako Saakyan Nikol Paşinyana üz tutaraq Levon Ter-Petrosyan və Robert Köçəryanın Rus elitasının nümayəndələri ilə görüşmək və mövcud vəziyyətin həll yollarını müzakirə etmək üçün Moskvaya getmək istədiklərinibildiriblər.
“Baş nazir Nikol Paşinyan bu təşəbbüs üçün heç bir maneə ola bilməyəcəyini vurğulayaraq bu təkliflə razılaşıb”, – deyə Gevorqyan bildirib.