Top.Mail.Ru
MANŞET

Bu da Şuşanın yaşıllıq və nəqliyyat sxemi — Fotolar

“Ölkə başçısının göstərişi ilə Şuşanın Baş Planı üzərində iş çərçivəsində şəhərin yaşıllıq və landşaft strategiyasına xüsusi diqqət ayrılır”.

“Kainat” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev sosial şəbəkə hesabında bildirib.

“Şuşanın təbii meşə və parkları bərpa olunacaq, yeni yaşıl koridorlar, o cümlədən, 8 km-dən çox şəhərətrafı yaşıl halqa yaradılacaq”, – komitə sədri qeyd edib.

O əlavə edib ki, Şuşada 36,2 km yol bərpa olunacaq, 17,6 km yeni yol salınacaq:

“Baş Plan üzərində iş çərçivəsində şəhərin funksional zonalaşdırılması aparılıb, buna əsasən nəqliyyat infrastrukturunun yenilənməsi, küçələrin kateqoriyalaşdırılması, ictimai nəqliyyatın təşkili və s. üzrə təkliflər hazırlanıb”.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button