Top.Mail.Ru
MANŞET

Ucar rayon İH bələdiyyə sədrinin qanunsuz əməllərinin qarşısını ALA BİLMİR – ŞİKAYƏT / VİDEO

Ucar rayonu Alpout kənd sakinləri bələdiyyə sədri Maarif İsmayılovun qanunsuz əməllərindən əziyyət çəkirlər.

Bu barədə KAİM.az-a həmin kəndin sakinləri Abdullayev Tofiq Səftər oğlu, şəhid atası Cəlilov Sabir Abıl oğlu və Məmmədov Məhəmməd İdris oğlu tərəfindən məlumat verilib.

Məlumata görə, Maarif ismayılov ümumi istifadə üçün nəzərdə tutulmuş su kanallarının ətrafını qanunsuz olaraq pul qarşılığında satıb. Kanalın mühafizə zolağını alan şəxslərin həmin yerləri bağlaması nəticəsində çoxlusayda sakinin sudan istifadəsi mümkünsüz olub.

Şikayətçilər rayon rəhbərliyinin bu problem qarşısında aciz qaldığını bildirir.

Qeyd olunur ki, qanunsuz əməlinə görə zolağın ətrafını bağlayan şəxslərin qarşısında gözükölgəli olan bələdiyyə sədri çərçivənin sökülməsini tələb edən digər vətəndaşları hədələyərək və təhqir edərək problemin ört-bas edilməsinə çalışır.

Kənd sakinlərinin sözlərinə görə, Maarif İsmayılovun qanunsuz fəaliyyəti bununla bitmir. Kəndi feodal düşüncə tərzi ilə idarə edən bələdiyyə sədri heç bir sənədləşdirmə aparmadan hektarlarla torpağı külli-miqdarda vəsait qarşılığında ayrı-ayrı şəxslərin istifadəsinə verib. Hətta özünəməxsus fermaya görə (5000 baş qoyunu var) 1000 hektardan çox torpaq sahəsini də qanunsuz zəbt edib.

“Biz sakinlərin xahiş və tələbimiz odur ki, Ucar rayon Alpout Bələdiyyəsinin sədri Maarif İsmayılovun qanunsuz fəaliyyəti təftiş edilsin və onun barəsində ciddi tədbirlər görülsün.”-deyə şikayət ərizəsində bildirilir.

P.S KAİM.az qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button