Top.Mail.Ru

bannerMANŞET

“Laçına 12 kilometr qaldı, erməni generalları bir-bir məhv edilir” – CANLI YAYIM

Vətən müharibəsinin 37-ci günündə müzəffər ordumuz bizə ard-arda qələbə qüruru yaşadır. Azərbaycan cəmiyyəti qeyri-rəsmi də olsa, bu həftəni Xocavənd-Laçın-Şuşa həftəsi adlandırıb və gözləntilərini böyüdüb. Düşmənin ordusu isə ciddi və sarsıdıcı itkilər verir. Bununla yanaşı, ortada xeyli sayda sual var.

Avropa Birliyi Qarabağdakı işğalçılara təxminən iki tranşla 1 milyon avro “humanitar məqsədlə yardım” edib. Niyə işğalçı rejimə bu vəsait ayrılıb? Hansı təminat var ki, “dqr” quldurları o pulu Azərbaycana vuruşmağa gəlmiş terrorçulara verməyəcək? O zaman bu davranışın arxasında dayanan məqamlar nədir?

Qarabağdakı işğalçı ordu isə ciddi xaos içindədir – komandanlar bir-bir cəhənnəmə göndərilir. Qondarma “müdafiə nazir”i Cəlal Arutyunyandan sonra onun müavini Artur Sərkisyan da məhv edilib, ermənilər rəsmən etiraf ediblər. Ordu rəhbərliyi cəhənnəmə getdikcə komandanlıq dağılır, xaos və özbaşınalıq daha da artır. İndi Qarabağda könüllü və əcnəbi terrorçulardan ibarət başıpozuq dəstələr qalır. Bu da ordumuza əlavə stimul və üstünlük verir. İndən belə düşmənin ordusunda hansı itkilər olacaq?
Ermənistan Rusiya ilə tam “qırılma nöqtəsində”- 102-ci baza çıxarılsın, deyə, şüarlar səsləndirilir! Rusiyanı münaqişəyə cəlb etmək və hərbi kömək almaq cəhdi uğursuzluğa düçar olan Ermənistan cəmiyyətində Gümrüdəki 102-ci hərbi bazanın mövcudluğu ilə bağlı narazılıqlar güclənib. Erməni politoloq Stepan Qriqoryanın və Ermənistan Avropa Partiyasının sədri Tiqran Xzmalyan bu narazılığı açıq etiraf ediblər. Bu, Rusiyanı daha da qəzəbləndirə bilərmi?

Loading...
Yazının davamı reklamdan sonra

Ermənistan İranı da itirir-Tehranın nizamlanma planını da qəbul etmir, çünki İran da işğaldakı torpaqların boşaldılmasını əsas şərt kimi qoyur. Ötən həftə Tehranın nümayəndəsi Abbas Əraqçi Bakı, Moskva, Ankara və İrəvana səfər edib və İranın təşəbbüsünü təqdim edib. Bütün tərəflərin reaksiyası təmkinli olub, İrəvanda isə Tehranın ideyasını “öyrənməyi” vəd ediblər. Sonradan Ermənistan hökumətinə yaxın ekspertlər işarə ediblər ki, Tehranın planı İrəvanı qane etmir, çünki Ermənistanın artıq imtina etdiyi həll planın eynisi nəzərdə tutur. Beləliklə, Ermənistan regionda daha bir ölkənin dəstəyini itirir. Bu, nəyə səbəb olacaq?

Bu və digər sualların cavabını bu gün saat 12.00-də “Canlı debat”da Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. Bunun üçün Musavat.com-un Facebook və Youtube səhifələrindən birini bəyənib, canlı yayına qatıla bilərsiz.

Youtube səhifəmizin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəmizin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button