Top.Mail.Ru
MANŞET

Mübariz Mənsimov toyda çəkilən fotodan danışdı

Palmali Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov yenidən Türkiyədə gündəmə gəlib.

“Kainat” “Bir gün” saytına istinadən xəbər verir ki, “Dəniz” xəbər agentliyinin jurnalisti Recep Canpolat Mənsimovun erməni iş adamı ilə şirkət qurduğu barədə məlumat yayıb. Onun Bereket Öner adlı bir şəxsin toyunda kollektiv çəkdirdiyi şəkil isə bu şayiələrin alovlanmasına gətirib çıxarıb.

Mübariz Mənsimov məsələ ilə bağlı “Bir gün”ə  açıqlama verib.

İlk olaraq qeyd edək ki, yayılan şayiələrə görə, M. Mənsimov erməni əsilli ABŞ vətəndaşı  Levon Termendzhyan ilə ABŞ-da ortaq şirkət qurub. Termendzhyan Türkiyədə doğulub və Türkiyədəki adı Lev Aslan Dermendir. 

Məsələyə aydınlıq gətirən Mənsimov bildirib ki, o, ermənilərlə əməkdaşlıq etmir:

“Bu, mənim qırmızı xəttimdir. Siz istəsəniz, buna irqçilik deyə bilərsiniz… Türk millətçisiyəm. Biz onlarla müharibə etdik. Ailəmdə 8 şəhidimiz var. Ən böyüyünün 21 yaşı var. Heç vaxt ermənilərlə iş görmədim, görmərəm. Amma müharibə də olsun, istəmərəm. Kaş ki dünyada sülh olsa, sərhədlər olmasa”.

O, yunan adalarında istirahət zamanı bir restoranda ailəsi, Mehmet Ağar da daxil olmaqla dostları ilə yeməkdə olarkən Lev Aslan Dermenin də orada olduğunu bildirib:

“Erməniləri sevmədiyimi dedim. Bundan sonra dava düşdü. Döydüm. Onlar getdi”.

Bununla yanaşı, Mehmet Ağar Mübariz Mənsimova Bereket Önerin “yaxşı uşaq olduğunu” deyib və toyuna getməyi təklif edib.

“Mənim təyyarəmlə getdik, Mehmet Ağar, Sezgin Baran Korkmaz da göyərtədə idi. Digərləri Lev Aslan Dermenin təyyarəsi ilə gəlib. O, göstərişi sevən biridi. Havaya pullar atır. Mən belə göstəriş edənləri sevmirəm. Toyda çəkilən şəkilə diqqətlə baxsanız, mən o şəkildən çıxmaq istəyirəm, gedirəm. Söyüş söyüb yanından getdim.

“Sezgin Baran mənim Bodrumdakı otelimi icarəyə götürmüşdü. Lev ilə şərik olduğunu biləndə ləğv etdim və onunla əlaqəmi kəsdim. Lev ilə əməkdaşlıq barədə sadəcə Recep Canpolat yazıb. Başqa bir yerdə yoxdu. Şirkətin quruluşu ilə bağlı sənəddə mənim adım yoxdur və şirkət nümayəndələrimdən də heç kim yoxdur. Bu şirkət sadəcə Lev Aslan Dermenin oğlunun adına qeydiyyatdadır. Şirkətin yüz faizi onundur.

Mənim, Palmali şirkətimin adını istifadə edirlər. Mənim o şirkət qurulandan 9 ay sonra xəbərim olub. Nyu-York ofisimizin rəhbəri mənə zəng edərək adımızı istifadə etdiklərini dedi. Bu zaman Lev Aslan Dermenə zəng edib söydüm. O şirkəti bağlatdıq. Onların məqsədi həmin şirkət vasitəsilə fırıldaqçılıq etmək idi”- deyə Mənsimov məsələni şərh edib.

Mənsimov, həmçinin Recep Canpolatın nəyə görə onun barəsində qərəzli yazılar yazdığına da aydınlıq gətirib:

“2009-cu ildə bir dostumun xahişi ilə Recep Canpolatın qəbuluma gəlməsinə icazə verdim. Bizdən reklam verməyimizi istədi. O, xoşuma gəlmədi. O isə onlara reklam verməyənlər haqqında xəbərlər yazdıqlarını dedi. Onu göndərdim”.

Günel İbrahimova

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button